Prezidentdən məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı YENİ FƏRMAN
Tarix: 14-02-2017 | Saat: 17:40
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
"Xəbəraz.az "-ın məlumatına görə, dəyişikliyə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunur.
Həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir.
Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilir.
Xəbəri paylaş
1 2528 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 22:47
Əsil yetənək budur izləyin.
22-10-2016, 18:09
Silah tapdı, polisə verdi
6-05-2022, 11:38
Putinlə bağlı daha bir ŞOK İDDİA - Oxşarları onu əvəz edir
25-11-2016, 23:26
Putinlə Ərdoğan arasında telefon danışığı olub
16-07-2015, 14:05
WhatsApp-da yazışan arvadının barmağını kəsdi - Tərtərdə
7-06-2017, 11:02
Azərbaycanda orta məktəbdə DƏHŞƏT: meyiti direktor tapdı
18-10-2021, 10:08
“Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Zakir Fərəcovun adından istifadə edib dərsi 2000 manata satır - İDDİA
12-08-2017, 18:45
İlham Əliyev sərəncam verdi
31-03-2019, 22:10
Ajdadan 2 milyonluq poz - FOTO