Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elza Seyidcahan: Hər kəs Ledi Qaqaya baxanda məni düşünürdü
Tarix: 14-06-2015 | Saat: 11:21
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Fotogalereya | çapa göndər

Elza Seyidcahan: Hər kəs Ledi Qaqaya baxanda məni düşünürdü
“Ona baxanda kövrəldim”.

Hər kəs Ledi Qaqaya baxanda Elza Seyidcahanı düşünürdü.

Xeberaz.az xəbər verir ki, bu sözləri azvision.az-a Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan özü bildirib.

O, Avropa Oyunlarının açılış mərasimində səhnəyə çıxan Ledi Qaqa ilə görüşmək istədiyini deyib:

“Mənə yazırlar ki, Elza xanım siz niyə konsertə getmədiniz, niyə səhnəyə çıxmadınız? Sözün açığı onunla görüşmək, həmsöhbət olmaq istərdim. Amma görüşü təşkil etmədilər.

Ledi Qaqa 2006-cı ildə səhnəyə çıxıb. Elza Seyidcahan isə hələ 1990-cı illərdən səhnələrdədir. Tənqidlərə, müzakirələrə baxmaraq, bu gün yenə də səhnədəyəm”.

E.Seyidcahan Ledi Qaqanın çıxışına baxanda kövrəldiyini gizlətməyib: “Ledi Qaqaya baxanda kövrəldim. Bakıda oxuyanda fərəh hissi keçirirdim. Onu çoxlu pullar hesabına ölkəmizə gətiriblər. Biz də Azərbaycanı dünyaya tanıtmaq üçün çalışırıq. Əlimizdən gəldiyi qədər milli dəyərlərimizi dünyaya tanıdırıq.

Dünən çox böyük şans düşmüşdü ki, Azərbaycanın “Ledi Qaqa”sını da dünyaya tanısınlar. Amma olmadı. Bəlkə də başları oyuna qarşıdığı üçün bizim görüşümüzü təşkil etmək barədə düşünməyiblər. Yenə də canları sağ olsun.

Görürsünüz də Azərbaycanın “Ledi Qaqa”sı olan Elzanın stili bu gün yaşayır, yaşayacaq da. Əgər onunla məni tanışdırsaydılar, əsərlərimi ona göstərərdim. İnanın ki, Ledi Qaqa əsərlərimlə tanış olandan sonra qarşımda baş əyərdi. Deyərdi ki, hallan olsun ki, Azərbaycanın 1990-ci illərdən bəri belə bir müğənnisi var”.


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___