Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayevadan rayon rəhbərlərinə - Sərt çağırış
Tarix: 09-02-2017 | Saat: 15:41
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Qənirə Paşayevadan rayon rəhbərlərinə - Sərt çağırış

Millət vəkili Qənirə Paşayeva Tovuzda 2016-ci ilin yekunlarına dair bütün rayon qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə iştirak edib.

Milllət vəkili rayon təşkilatları rəhbərlərinə müraciət edərək onları problemlərin həllində səyləri artırmağa çağırıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Prezident Administrasiyasının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkili Ülviyyə Ağayeva iştirak edib.

Q.Paşayeva çıxışına Prezident İlham Əliyevin son müşavirədə xalqın maraq və mənafelərini hər şeydən üstün tutmasını xüsusilə vurğulayıb.

O, yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət göstərməyə, maneələrə yol verməməyə çağırıb.

Rayonlarda, o cümlədən Tovuzda insanların üzləşdiyi ən böyük problemin işsizlik olduğunu bildirən millət vəkili diqqətə çatdırıb ki, icra qurumları, bələdiyyə, nazirliklərin rayonlardakı qurumları imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir iş yeri açmaq istəyən hər bir insana ciddi şəkildə dəstək olmalıdır:

“Bu istqamətdə süni əngəllərə yol verilməməlidir. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq. Çünki bu, prezidentin qarşıya qoyduğu əsas məsələlərdəndir”.

Deputat rayon məşğulluq idarəsinə müraciət edərək bildirib ki, yeni iş yerləri imkanları, vakansiyaların dəyərləndirilməsi zaman bəzi amillərin nəzərə alınması vacibdir:

“Ailədə işləməyən və ya ailə başçısını itirmiş, uşaqları ilə qalmış analar varsa, ilk növbədə onlara üstünlük verilməlidir”.

Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini də qeyd edib:

“Hepatit C-nin və bir sıra xəstəliklərin yayılmasına mənbə ola bilən stomatoloji kabinetlər, qadın və kişi salonlarında sanitar vəziyyətə ciddi nəzarət olmalıdır”.

Q.Paşayeva dərmanlarla bağlı ortaya çıxan problemlərdən də danışıb və bildirib ki, rayon səhiyyə şöbəsi bu istiqamətdə səyləri artırmalıdır.

Ünvanlı sosial yardım sahəsində ortaya çıxan problemlərə də geniş yer ayıran millət vəkili Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rayon şöbəsi rəhbərliyinə müraciət edib:

“Kəndlərdə elə insanlar var ki, onlar internetdən istifadə edilir bilmir və sənədləri doğru doldura bilmədiklərindən ünvanlı sosial yardım ala bilmirlər və bu da narazılığa səbəb olur”.

Əlilliyin verilməsi sahəsində ortaya çıxan bəzi məsələlərə də xüsusi toxunan Q.Paşayeva rayonda bu sahəyə cavabdeh qurumları insanlara daha həssas yanaşmağa çağırıb.

Bundan başqa, millət vəkili rayonun elektrik, qaz, ayrılan ailələrdə köprə uşaqları ilə anaların aylarla aliment ala bilməməsi, təhsil, gənclər arasında siqaret, alkoqol, narkotik, qumar kimi zərərli vərdişlərinn yayılması ilə bağlı problemləri də diqqətdə saxlayıb.

Millət vəkili sonda qeyd edib ki, ölkəmizin sabitliyi və inkişafı hamımız üçün vacib olmalıdır:

“Heç kimin marağı dövlətin marağından üstün ola bilməz. Ona görə də inanıram ki, bundan sonra işlərimizi daha da sürətləndirəcəyik və prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalinin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə daha böyük səylə çalışacağıq”.

Qənirə Paşayevadan rayon rəhbərlərinə - Sərt çağırış


Xəbəri paylaş

8208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___