Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Lapşin üçün vəkil təyin etdi - Açıqlama
Tarix: 08-02-2017 | Saat: 11:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycan Lapşin üçün vəkil təyin etdi - Açıqlama

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli blogger Aleksandr Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Lapşin barəsində cinayət işinin istntaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən aparılır. 2016-cı il iyulun 1-də baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarı ilə A.Lapşin barəsində axtarışa verilməklə qiyabi həbs qətimkan tədbiri seçilib.

A.Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub. Vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Blogger Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.

S.Hüseynov “Qafqazinfo”ya açıqlamasında bunu təsdiqləyib və bildirib ki, hələ ki A.Lapşinlə görüşməyib: “Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm”.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___