Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-2015: Güləşçilər mübarizəyə başladılar – CANLI
Tarix: 13-06-2015 | Saat: 13:21
Bölmə:M / Karusel / İdman / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakı-2015: Güləşçilər mübarizəyə başladılar – CANLI
Muxtarov Maryanyana uduzdu.

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir.

Xeberaz.az apasport.az-a istinadən xəbər verir ki, təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb.

Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.

Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6.

Pəhləvanımızı finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

12:29

59 kq çəkidə dünya və ikiqat Avropa çempionu Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb.

Oxu.Az xəbər verir ki, hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdə rəqibi norveçli Stiq-Andre Berqdir.

Digər görüşdə 71 kq çəkidə mübarizә aparan Rәsul Çunayev moldovalı Kataraqa Daniellә görüşüb. İdmançımız 7-6 hesabı ilə qalib gəlib.

98 kq çəkidə ölkəmizi təmsil edən Rafiq Hüseynov isә avstriyalı Vaqner Mayklla üz-üzә gәlib. Rafiq Hüseynov 11-0 hesabı ilə qələbə qazıb.

98 kq çəkidə 20 yaşlı Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.

Beləliklə, güləşçilərimiz növbəti mərhələlərə yüksəliblər.

10:29

İyunun 13-də Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Oxu.Az xəbər verir ki, hazırda Heydər Əliyev adına İdman Arenasında 59, 71, 80 və 98 kq çəki dərəcələrində çıxış edən güləşçilərin təsnifat yarışları davam edir.

Millimiz bütün çəki dərəcələrində təmsil olunur.

Yarışlardan canlı yayımı təqdim edirik.


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___