Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çimərlik futbolu üzrə dünyanın beş ən reytinqli komandasından dördü Bakıda çıxış edəcək
Tarix: 12-06-2015 | Saat: 21:53
Bölmə:M / Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər

Çimərlik futbolu üzrə dünyanın beş ən reytinqli komandasından dördü Bakıda çıxış edəcək

Artıq 10 ildir ki, FİFA futbolun gənc qardaşı sayılan çimərlik futbolunu qəbul edib. İndi bu idman növü üzrə yarışlar 115 millət arasında keçirilir. Bakı 2015-ə daxil edilən proqram bu oyunun inkişafında növbəti həlledici addımdır.

Xeberaz.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, Dünya üzrə Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti və FİFA çimərlik futbolu komitəsinin üzvü Xuan Kusko həmin idman növünün gələcəyinin parlaq olacağını bildirib:

"Çimərlik futbolunu dünyada sevən hər kəs Bakı 2015-i izləyəcək - bunu əminliklə deyə bilərəm. Biz səlahiyyətli orqanlara - hökumətə, BAOƏK (Bakı Avropa Oyunları Əməliyyat Komitəsi) və Avropa Olimpiya Komitəsinə müraciət edir, bu oyuna çox dəyər verdiyimizi nümayiş etdirmək istəyirik".

Çimərlik futbolu üzrə dünyanın beş ən reytinqli komandasından dördü Bakıda çıxış edəcək. Bu ilin iyulunda həm də Portuqaliyada 2015 Dünya Kuboku keçiriləcək. Kusko dünyada bu oyunun auditoriyasının artmasından məmnundur.

"Əminliklə deyə bilərəm ki, 2015 idman tariximizdə ən yaxşı ildir. Dönüş nöqtəsi olan bu ildən sonra çimərlik futbolu Olimpiya Oyunlarında özünün növbəti imzasını vuracaq. Çimərlik futbolunun yeganə çağırışı Olimpiya Oyunlarında olur. Bakı 2015 buna yaxın olmaq üçün kiçik bir yoldur".

Vitse-prezident Kusko deyib ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi edəcək Yaponiya çəmərlik futbolu üçün yaxşı bazardır. "Biz Yaponiyanın Olimpiya Komitəsini sıxışdırırıq. Bu idmanın oyunlara salınmasına çalışacağıq", deyə Kusko bildirib.


Xəbəri paylaş

4968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___