Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edildi
Tarix: 04-02-2017 | Saat: 01:54
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat məbləğində cərimə edilir.
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.
Xəbəri paylaş
8858 dəfə oxunub.
Digər xəbərlər

10-09-2016, 09:42
Azərbaycanda toyda dava - xarici vətəndaş xəsarət aldı
28-08-2020, 16:09
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
2-07-2015, 02:51
Hamilə qadınlara tibbi xidmətdə yenilik
16-09-2016, 10:15
"WhatsApp"da yenilik: Səsiniz yazıya çevriləcək - FOTO
13-06-2022, 11:23
Formula 1-ə görə bağlanan yollar nə zaman açılacaq?
17-05-2016, 17:43
İşdən çıxarılmış Ülvi Məmmədov polis rəisi aşağı vəzifəyə təyinat alıb
4-11-2016, 21:55
Röya radioda ağladı: "Darıxıram" - Video
11-09-2016, 21:06
Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılqatılmadı
31-08-2015, 19:14
Erməni futbolçu Azərbaycana buraxılacaqmı?