Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı 2015 necə qorunacaq?
Tarix: 12-06-2015 | Saat: 16:51
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Bakı 2015 necə qorunacaq?
"Kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur".
"Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb və Qrupun iclaslarında RYTN-in nümayəndələri də iştirak edir".

Xeberaz.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də yaradılan Qərargah rəhbərinin müavini, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib.

O bildirib ki, məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, Oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. "Həmçinin "Baku 2015" üzrə internetin təşkilində bulud sistemindən istifadə edilir. Müvafiq saytlar nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur".

Eyni zamanda, "baku2015.com" saytının, həmçinin dövlət və strateji saytların mühafizəsi üçün RYTN-in ETM-i, BAOƏK və "Delta Telecom" birgə fəaliyyət göstərir.

Həmçinin DDOS hücumlarından mühafizə üçün müvafiq avadanlıqlar alınaraq "Delta Telecom"da quraşdırılıb.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___