Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: “Azərbaycan gəncləri millətimizin qürurudur”
Tarix: 02-02-2017 | Saat: 14:21
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

Aqil Acalov: “Azərbaycan gəncləri millətimizin qürurudur”


Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 2 fevral Gənclər Günü münasibətilə "Xəbəraz.az "-a açıqlama verərək Azərbaycan gənclərinin uğurlarından, potensialından söz açıb: "Bu gün milli-mənəvi dəyərlərimizin qorunmasında, tarixi köklərimizə bağlı yaşamaqda, elmi-intellektual inkişafımızda, ciddi təhsil və mədəni islahatların həyata keçirilməsində gənclərin önəmli rolu var. Onlar müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində şərəflə dayanıblar, onlar ölkəmizi beynəlxalq miqyaslı yarışlarda, elmi konfranslarda, mədəni tədbirlərdə layiqli şəkildə təmsil edirlər". Federasiya prezidenti ölkə rəhbərliyinin gənclər üçün yaratdığı şəraitə də diqqət çəkib: "Mən özüm bir gənc olaraq istər idman, istər elm sahəsində, istər ictimai fəaliyyətimdə, istərsə də çalışdığım dövlət qulluğunda uğurla fəaliyyət göstərə bilirəmsə, bu, həm də dövlətimizin bizə yaratdığı yüksək şəraitlə bağlıdır. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün istedadı, bacarığı olan istənilən Azərbaycan gənci uğur qazanmaq imkanına malikdir". Aqil Acalov 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrikini də çatdırıb: "Azərbaycan gəncləri dövlətimizin, millətimizin qürurudur. Azərbaycan gəncləri sabaha inamımız, gələcəyimizdir. Azərbaycan gəncləri ümidlərimiz, arzularımız, gücümüzdür. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb həm öz inkişaflarını təmin etmələri, həm də dövlətçiliyimizi qorumalarıdır. Azərbaycan gənclərinin hər zaman fiziki və mənəvi sağlam, hər zaman dik, hər zaman qürurlu olmalarını arzu edirəm".


Xəbəri paylaş

1 0288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___