Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramil Usubov: "2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur" - FOTO
Tarix: 27-01-2017 | Saat: 18:35
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Ramil Usubov: "2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur" - FOTO


Yanvarın 27-də Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, həmçinin, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə də mühüm tədbirlər həyata keçirilib.

Sistemli şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu və mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə yüksəlib. Ölkəmizdə ictimai asayişin qorunmasında böyük rolu olan Əlahiddə Çevik Polis Alayı qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirib, habelə xüsusi təyinatlı bu nizami polis hissəsinin əməkdaşları tərəfindən müxtəlif cinayətlərə görə 804 nəfər, həmçinin inzibati xəta törətmiş 28 min şəxs saxlanılıb.

General-polkovnik qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb, bu sahədə mühüm vəzifələr keçən ildə də tam və ardıcıllıqla yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 3.248, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 2.164 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təklükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran daxili işlər naziri 2016-cı ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də, yol hərəkətinə nəzarət tədbirlərinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, həmçinin, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, cavabdehliyinin və peşəkarlığının, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.

Qeyd olunub ki, 2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir. Cari ildə Bakı şəhərində keçiriləcək "IV İslam Həmrəyliyi Oyunları" və "2017 Formula 1 Azərbaycan Qran Pri"si kimi beynəlxalq əhəmiyyətli idman yarışları zamanı asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təmini ilə bağlı planlaşdırılmış bütün təşkilati tədbirlər vaxtında, yüksək səviyyədə yerinə yetirilməlidir.

Daxili işlər naziri, ilk növbədə, xalqa xidmət funksiyalarının, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin, qanunçuluğun daha da möhkəmləndirilməsinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinin, xidmətdə fərqlənənlərin həvəsləndirilməsinin zəruriliyini vurğulayıb.

Kollegiya iştirakçılarının diqqətinə çatdırılıb ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır.

Nazir şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da tam və layiqincə yerinə yetiriləcək, əməkdaşlar və hərbi qulluqçular sabitliyin və hüquq qaydasının keşiyində hər zaman sayıqlıqla dayanacaqlar.

Ramil Usubov: "2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur" - FOTO
Ramil Usubov: "2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur" - FOTO


Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___