Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərişığ"ın işçisi özünü öldürdü
Tarix: 12-06-2015 | Saat: 12:53
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

"Azərişığ"ın işçisi özünü öldürdü
Şəkidə qəribə intihar hadisəsi baş verib.
Xeberaz.az xəbər verir ki ,Şəkidə qəribə intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakini, 1962-ci il təvəllüdlü Firus Xələf oğlu Allahyarovun meyiti yaşadığı evdən 250 metr aralıda ata yurdundakı həyətyanı sahədə alma ağacından asılmış vəziyyətdə tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gediblər. Araşdırmalar aparılıb və məlum olub ki, Firus Allahyarov intihar edib.

Qeyd edək ki, Firus Allahyarov "Azərişıq" ASC-nin Şəki rayon şəbəkəsində montyor işləyirmiş. Onun uzun müddətdir spirtli içki düşkünü olduğu bildirilir. Dəfələrlə Firus Allahyarov işdən sonra içirmiş və evlərindən aralıdakı ata yurduna gedib həyətdə yatırmış. Dünən gecə də o, belə edib. Bu dəfə Firus Allahyarov ora gedərkən özü ilə elektrik şalbanına çıxmaq üçün istifadə etdiyi ayaqlığı da özü ilə götürüb. O, özünü asarkən ayaqlığı da taxıbmış.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___