Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov Dağlıq Qarabağın nəticələrindən danışdı
Tarix: 11-06-2015 | Saat: 21:15
Bölmə:M / Karusel / Siyasət / Fotogalereya | çapa göndər

Əli Həsənov Dağlıq Qarabağın nəticələrindən danışdı
Baş nazirin müavini Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron və Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.

Xeberaz.az xəbər verir ki, Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş nazirin müavini Ə.Həsənov hələ 2012-ci ildə Meksikaya rəsmi səfərini xatırladaraq, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının, burada ümummilli lider Heydər Əliyevin abidəsinin və Tlakskoake-Xocalı Meydanının açılışı mərasimində Mexiko şəhər rəhbərliyi və əhalisinin nümayiş etdirdiyi xoş münasibət haqqında danışaraq, təəssüratlarını bölüşüb.

Baş nazirin müavini Ə.Həsənov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabr ayında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş etdirilmiş prinsipal və ədalətli mövqeyə görə Azərbaycan hökuməti adından dərin təşəkkürünü bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Baş nazirin müavini Ə.Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən ərazimizin 20 faizinin işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində bu problemin həll edilmədiyini bildirib.

O, Azərbaycan xalqının sülhsevər olduğunu, bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu, ölkəmizin Avropanın ən böyük mədəni tədbirlərindən olan “Avroviziya” mahnı müsabiqəsinə, bu gün isə tarixdə ilk dəfə keçirilən “Bakı 2015” Birinci Avropa oyunlarına ev sahibliyi etdiyini bildirib.

Azərbaycanın münaqişənin də sülh yolu ilə həllində maraqlı olduğunu bildirən Baş nazirin müavini qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İKT və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır. Lakin terroru dövlət səviyyəsində dəstələyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul olunmuş qətnamələrə məhəl qoymur.

Azərbaycan tərəfi müntəzəm olaraq müxtəlif ölkələrdən olan nüfuzlu nümayəndə heyətləri ilə keçirilən bütün görüşlərdə ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini ətraflı müzakirə etməsinə baxmayaraq, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Bütün bunlar isə beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu göstərir.

Görüşdə Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Q.Barron Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirdiyini, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. Azərbaycanın hər gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsindən heyran qaldığını bildirib, Bakı-2015 birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb. O, Bakıda səfərdə olduğu müddətdə Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Meksikalı senator, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, Azərbaycan xalqının olduqca tolerant olduğunu, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 16:43 iPhone 6S gəlir (FOTO)

bütün xəbərlər
____ Instagram ___