Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD terror təşkilatı Liviyanın şimalındakı Sirt şəhərini ələ keçirib.
Tarix: 11-06-2015 | Saat: 18:07
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

İŞİD terror təşkilatı Liviyanın şimalındakı Sirt şəhərini ələ keçirib.
Terror təşkilatının üzvləri şəhərdə çəkdirdikləri fotoları sosial şəbəkədən yayımlayıblar.


Xeeberaz.az
ANS PRESS-in məlumatına görə,xəbər verir ki, Liviyanın sabiq lideri Müəmmər Qəddafinin məmləkəti terrorçuların nəzarətinə keçib. İŞİD-çilər şəhərdə çəkdirdikləri fotoları sosial şəbəkədən yayımlayıblar.

Terrorçular Liviya əsgərlərinə aid cəsədlərin görüntülərini də paylaşıblar.

Qeyd edək ki, İŞİD may ayının sonunda paytaxt Trablusun 450 kilometr şərqindəki Sirt havalimanını ələ keçirmişdi. Sözügedən şəhər Liviyada Muammər Qəddafinin devrildiyi silahlı qiyamda ən son mübarizəni dayandıran şəhər olmuşdu. Devrilmiş lider Qəddafinin məmləkəti Sirtdə müxaliflər tərəfindən öldürülmüşdü.

Liviya dövlət başçısı Muammər Qəddafinin 2011-ci ildə devrilməsindən sonra ölkədə xaos və zorakılıq başlayıb. Ötən il İslamçı milislər paytaxt Trablusu ələ keçirərək burada öz hökumətlərini qurmuşdu.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
14-12-2016, 14:04 Dollar 97 faiz qalxacaq

bütün xəbərlər
____ Instagram ___