Dünyanın gözü Davosda - Əliyev də ordadır
Tarix: 17-01-2017 | Saat: 11:33
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün sayca 47-ci Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində öz işinə başlayır. "Xəbəraz.az " xəbər verir ki, yanvarın 20-nə kimi davam edəcək foruma “Dəqiq və məsuliyyətli liderlik” mövzusu aparıcılıq edəcək. Təşkilatçılar budəfəki forumda rekord sayda – təxminən 3 min nəfər hökumət, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlərindən nümayəndə gözləyir.
400 sessiyanın təşkil ediləcəyi forumda 4 istiqamətdə müzakirələr aparılacaq:qlobal əməkdaşlığın yenidən gözdən keçirilməsi, qlobal iqtisadiyyatın canlandırılması, kapitalizmin islah olunması və dördüncü sənaye inqilabına hazırlıq.
Forumda mindən çox şirkət rəhbəri, o cümlədən “Lukoyl” şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov, 70-dən çox ölkədən, xüsusilə “Böyük iyirmilik” ölkələrinin hamısından nümayəndə heyəti, həmçinin BVF, BMT, ÜTT ( Ümumdünya Ticarət Təşkilatı) kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
Azərbaycanı Davosda bu il prezident İlham Əliyev, Rusiyanı baş nazirin birinci müavini İqor Şuvalov, Türkiyəni baş nazir köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi, Çini dövlət başçısı Xi Jinping, İngiltərəni baş nazir Theresa May, ABŞı prezident yardımçısı Joe Biden, Ukraynanı dövlət başçısı Petro Poroşenko təmsil edəcək.
Xəbəri paylaş
7348 dəfə oxunub.
Digər xəbərlər

21-01-2017, 17:21
Qaçqın və məcburi köçkünlərlə bağlı SƏRƏNCAM imzalandı
21-02-2022, 13:41
Qızları ilə bağlı paylaşımlarından danışan Nigar: "Gic-gic şərhlər yazırlar..." - VİDEO
4-02-2016, 10:58
Cəbhədə döyüş gedir: Düşmən itki verdi
21-05-2015, 14:55
“Game of Thrones” serialının səhnəsi Amerikanı ayağa qaldırıb.
14-03-2020, 08:07
Paşinyan və xanımı koronavirusa görə karantinə alınıblar
1-11-2018, 11:13
Bakı əhalisi 9 ayda ərzaq və qeyri-ərzağa 14 milyard manat xərcləyib
9-05-2016, 14:25
Yarım saniyəyə dolan akkumulyator yaradıldı
14-06-2016, 17:34
Rusiya istənilən an hücum edə bilər
4-05-2020, 06:56
Rayonlarda gediş-gəliş bərpa olundu