Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Mətbuat Şurası I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.
Tarix: 11-06-2015 | Saat: 14:18
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

Azərbaycan Mətbuat Şurası I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.

"İnanırıq ki, Azərbaycan jurnalistləri #Baku2015 hashtag ilə əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək"

Xeberaz.az
- ın məlumatına görə, müraciətdə qeyd olunur ki, sabah Vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq:

"Bakıda I Avropa Oyunları start götürəcək. Sizləri bu münasibətlə təbrik edir, hər birinizə oyunların işıqlandırılmasında uğurlar arzulayırıq.

Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə yanaşı, həm də vətənvərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır.

Kampaniyanın iyunun 12-də saat 15.00-da oyunların rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) "məqsədinin" reallaşmasına yol verməyəcəklər".

Mətbuat Şurasının müraciətində deyilir ki, I Avropa Oyunları ilə bağlı bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb: "Belə halların davamlı xarakter daşıyacağı da istisna deyil. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya QHT-lərinin reallığı bilmədən ölkəmiz haqqında neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür. Buna görə də Sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştiraka çağırırıq. Əminik ki, Azərbaycan ictimai rəyinin avanqardı olan mediamız sınaqdan layiqli şəkildə çıxacaq".


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___