Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir"
Tarix: 13-01-2017 | Saat: 12:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir"


Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

"Xəbəraz.az "-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

İlham Əliyev bildirib ki, energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib: "Bununla əlaqədar olaraq, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72 faiz, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60 faiz və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi başa çatdırılıb".

Dövlətimizin başçısı vurğulayıb ki, təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan "Şahdəniz" dünyada ən iri qaz yataqlarından biridir: "Biz, həmçinin gələcəkdə Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə iri layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi ilə Çindən Avropaya yüklərin daşınması müddəti 25-30 gündən 12-15 günədək azalacaq. Eyni zamanda, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində bütün tikinti işləri ötən il başa çatdırılıb. Beləliklə, Azərbaycan əsas nəqliyyat "hab"ına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioritetləri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır".

Məqalədə qeyd olunur ki, sənayə sahəsinin inkişafını təmin etmək məqsədilə sənaye parkları və zonaları inşa edilir. 2018-ci ildə Sumqayıt Kimya-Sənaye Parkında investisiya dəyəri təqribən iki milyard dollar olan bir neçə zavod açılacaq. Pambıq, tütün, fındıq, çay və ixraca yönəldilmiş digər məhsulların istehsalı artacaq, eləcə də aqro-sənaye parkları və iri fermaların sayı çoxalacaq.

Bildirilir ki, informasiya sektorunun inkişafının təmin edilməsi məqsədilə xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialı gələcəkdə də yaxşılaşdırılacaq. Elektron vizanın və rüsumsuz sistemin tətbiqi, həmçinin Avropa Oyunları və "Formula 1" yarışı kimi iri idman tədbirlərinin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verəcək.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın nailiyyətləri göz qabağındadır, lakin ölkə həm də problemlərlə üzləşir: "Davam edən qlobal iqtisadi böhran ötən il ərzində gəlirlərin azalmasına və milli valyutanın 10,1 faizlik devalvasiyasına səbəb olmaqla Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Bununla belə, biz müvafiq tədbirlər görməklə bu problemlərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafın təmin olunması üçün strateji yol xəritəsi qəbul edilib, kompleks struktur, institusional, maliyyə və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəetməsi təkmilləşdirilib, bütün sahələrdə şəffaflıq təmin olunur. Məsələn, ötən ilin 10 ayı ərzində əmtəə dövriyyəsinin azalmasına baxmayaraq, gömrük yığımları 53 faiz artıb".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın gücü təkcə iqtisadiyyatında deyil: "Azərbaycan çoxmillətli ölkədir. Fərqli etnik və dini qrupların nümayəndələri uzun əsrlər boyu burada sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayırlar. Azərbaycanda həmişə tolerantlıq ruhu yüksək olub və hətta 2016-cı il ölkədə "Multikulturalizm ili" elan olunmuşdu. Azərbaycan artıq sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqa həsr olunmuş bir çox qlobal tədbirlərin keçirildiyi meydançaya çevrilib. 2016-cı ildə Bakıda uğurla keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu məqsədə nail olunduğunu göstərir və Azərbaycanda multikulturalizm ruhuna dinc münasibətin bariz nümunəsidir. Roma Papası Fransiskin ötən il Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Bu tarixi səfəri zamanı Roma-katolik kilsəsinin rəhbəri dünyaya öz ismarıcını göndərdi. Onun Azərbaycanda multikulturalizm barədə dəyərli fikirləri həm reallığı, həm də katolik dünyasının liderinin yüksək qiymət verdiyini əks etdirir".

Məqalədə qeyd olunur ki, Azərbaycan digər sahələrlə yanaşı, idmanda da böyük uğurlar əldə edib: "Paytaxtda və bölgələrdə ən müasir olimpiya idman kompleksləri tikilib. Dövlət dəstəyi və müasir infrastruktur gənclərin idmana marağını əhəmiyyətli dərəcədə artırıb. İri idman tədbirlərində uğurlar artıq gözəl ənənəyə çevrilib və Azərbaycan idmançıları bunu Rio Olimpiya Oyunlarında bir daha sübut etdilər. Belə ki, idmançılarımız 18 medal qazanaraq medalların sayı baxımından dünyada 14-cü, Avropada 7-ci, postsovet ölkələri arasında ikinci, müsəlman dövlətləri arasında isə ilk yeri tutur".

İlham Əliyev bildirib ki, Azərbaycan dünyada idman tədbirlərinin təşkilatçışı kimi də tanınır: "2015-ci ildə Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları, həmçinin 2016-cı ildə dünya üzrə 500 milyonluq auditoriyası olan "Formula 1" Qran-Prisi keçirildi. Beynəlxalq idman ictimaiyyətinin diqqəti İslam Həmrəyliyi Oyunları zamanı yenidən Azərbaycana yönələcək. Bu tədbirlər idman sahəsində beynəlxalq əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycana turist axınının artırılmasına və beləliklə, turizm sektorunun inkişafına kömək edəcək.

Əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişafı ili olacaq. Biz səmərəli iqtisadi islahatlar aparmağa davam edəcəyik. Eyni zamanda, biz sosial yönümlü təşəbbüslərə xərcləri artıracağıq. İqtisadiyyatımızın şaxələndirilməsi, demək olar, başa çatıb. Hazırda Azərbaycanın Ümumi Daxili Məhsulunun təqribən 70 faizi qeyri-neft sektorunun hesabına formalaşdırılır. Bu gün bizim əsas məqsədimiz ixracımızı şaxələndirməkdir. 2016-cı ildə görülmüş tədbirlər bu məqsədə çatmağa imkan verəcək. Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəbaqətlilik İndeksi reytinqində artıq 37-ci yeri (MDB-də birinci yer) tutur və biz bu irəliləyişi möhkəmləndirməkdə qərarlıyıq".



Xəbəri paylaş

8568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___