Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni hərbçilərinin Aprel etirafları – Video/Fakt
Tarix: 11-01-2017 | Saat: 14:57
Bölmə:M / Karusel / Xəbəraz TV | çapa göndər

Erməni hərbçilərinin Aprel etirafları – Video/Fakt


Erməni hərbçilər 2016-cı ilin Aprel məğlubiyyətindən və itkilərindən danışıblar.
"Xəbəraz.az " xəbər verir ki, 2016-cı ilin aprelində Ağdərə və Füzulidə baş verən döyüşlərdə Ermənistan ordusunun itkiləri ilə bağlı faktlara söykənən video məlumat yayılıb.

Videoda erməni hərbçilər Aprel döyüşlərindəki itkilər haqqında danışır, baş verənləri xronoloji ardıcıllıqla etiraf edir, döyüşlərdə Azərbaycanın atəş zərbələri nəticəsində Ermənistan hərbi birləşmələrinin çoxlu sayda tələfat verdiyini bildirirlər.

Ermənistan ordusunun mayoru Edqar Martirosyan döyüşdə Azərbaycan tanklarının onların əsgər sayından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə 40 nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü deyən Narek Nikoğosyan isə postda yeganə sağ qalan əsgər olduğunu bildirir. O qeyd edir ki, atəş zərbələrindən saatlarla yerlərindən tərpənə bilməyiblər.

Həmçinin Aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan da bütün döyüş yoldaşlarının həlak olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını deyir.

Video sujetdə ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri də qeyd olunub və materialda qısa şəkildə ölən ermənilər haqda məlumat verilib.

Qeyd edək ki, Ermənistan tərəfi Aprel döyüşlərində həlak olmuş 163 hərbçinin adını açıqlamışdı. Lakin sonradan bu say xeyli artdı və Apreldə ermənilərin 500-ə yaxın canlı qüvvə itirdiyi ehtimal olunur.

Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin kurasiyasında olan “Ermənistan Milli Qvardiyası” təşkilatı dövlətin sifarişi ilə 2016-cı ilin aprelində baş verən döyüşlərdə Ermənistanın itkilərini gizlətməyə yönələn geniş təbliğat işi aparıb.

Bu material isə həmin qurumun fəal üzvləri Arşak Zaxaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryanın yalanlarını üzə çıxartmaq üçün yaxşı vasitədir.axar.az




Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___