Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtisadiyyatın hansı sektorunda daha yüksək maaş verilib?
Tarix: 11-03-2015 | Saat: 22:38
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

İqtisadiyyatın hansı sektorunda daha yüksək maaş verilib?
Dövlət Statistika Komitəsi məlumat yaydı.

2015-ci il fevralın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 511,4 min nəfər olub, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Bu barədə Xeberaz.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
2-05-2016, 17:49 Tovuzda məktəb yanır

bütün xəbərlər
____ Instagram ___