Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış filoloq Əliyar Səfərli vəfat edib
Tarix: 04-01-2017 | Saat: 12:57
Bölmə:M / Karusel / Hadisə / Məşhurların Taleyi | çapa göndər

Tanınmış filoloq Əliyar Səfərli vəfat edib

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli vəfat edib. APA-nın məlumatına görə, Ə. Səfərli 80 yaşında ürək tutmasından dünyasını dəyişib.
eyd edək ki, Ə. Səfərli Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olub. 1955-ci ildə orta məktəbi, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirmiş, 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub. Uzun müddət BDU-nun Filologiya fakultəsində tədrislə məşğul olmuş, 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.
Advertising 34


Məsihinin (17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarıb, ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini (şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirib. Uzun illər Azərbaycan Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak edib. Əsərləri xarici ölkələrdə nəşr edilib.

Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərib. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
20-10-2016, 15:05 "Qarabağ"da böyük ŞOK

bütün xəbərlər
____ Instagram ___