Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vüsalə Rəcovadan gözəl FOTOSESİYA
Tarix: 10-06-2015 | Saat: 13:22
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Foto-fakt / Ekskluziv | çapa göndər

Vüsalə Rəcovadan gözəl FOTOSESİYA


Xeberaz.az xəbər verir ki, Teleməkanın gözəl və baxımlı xanımlarından biri də artıq özünü aparıcı kimi də sınamış müğənni Vüsalə Rəcovadır. “Lider” telekanalında “Səhər çağı” verilişi ilə tamaşaçı sevgisini də üzərində cəmləyən aparıcı səsi ilə qazandığı pərəstişkar ordusuna böyük tamaşaçı kütləsi də qatdı. Ən aktual və gündəmi zəbt edən mövzularla tamaşaçıların diqqətini verilişinin üzərində cəmləməyi bacaran aparıcı nəinki yaratdığı qızğın müzakirə ortamı ilə, zövqoxşayan stili, rəngarəng geyim üslubu ilə də özünü yaddaşlara yazmağı bacarıb. Bu isə geyindiyi hər paltarı özünə yaraşdırmağı bacaran cazibədar aparıcının zövqlü seçimləri ilə əlaqədardır. Seçimlərində rəngarənglik olsa da, qırmızı və qaranın üstünlüyü hiss olunur.

Deyirlər ki, insanın sevdiyi rəngə görə onun xasiyyəti, yaşam tərzi haqqında fikir söyləmək olar. İlk növbədə qeyd edək ki, qırmızı rəngə üstünlük verən qadının özgüvəni olur. Vüsalənin də səhnə duruşu və inamlı səsi yəqin ki, qırmızı rəngin təsiri ilə formalaşıb. Bəlkə aparıcı və müğənni tez sevilməsində də elə qırmızıya borclu olmalıdır.

Qırmızı - ehtiras rəngidir. Bu rəngi sevənlər cəsarətli, hökmlü, tez coşanlardır. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur.

Vüsalə Rəcovanın qarderobu da məhz belədir. O, geyindiyi markaların adını açıqlamağı xoşlamır. Lakin hər zaman eleqant geyimlərdə olur. Məsələn, sonuncu ad gününü verilişində qeyd edən müğənni bu dəfə də qara rəngin üstünlük təşkil etdiyi libasdaydı. Qaralı-ağlı həmin geyimin isə nə az, nə də çox, düz 3.5 kiloqram çəkisi vardı.











Xəbəri paylaş

2 7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___