Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Mirəliyevin sözü dünya çempionu ilə çəp gəldi
Tarix: 10-06-2015 | Saat: 12:43
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Foto-fakt | çapa göndər

Əli Mirəliyevin sözü dünya çempionu ilə çəp gəldi

Xeberaz.az xəbər verir ki, “Günaydın” verilişi bu gün həyəcanlı məqamlarla yadda qalıb. Səbəb isə verilişin qonaqları - xalq artisti Səməd Səmədov, Əli Mirəliyev, Faytonçu Nazim və boksçu Rauf Ağayev olub.

Faytonçu Nazimin Səməd Səmədovu özünə örnək görməsi Əli Mirəliyevi özündən çıxardıb:

“Səməd Səmədov Azərbaycan toyları üçün böyük dərslikdir. Mən özüm zaman-zaman qohumların, tanışların toy kassetini alıb Səməd müəllimin toy aparmasına baxmışam. Hətta onun vergülünə, nöqtəsinə qədər əzbərləyib təkrarlamışam. Səməd Səmədovun toy məktəbi hələ illərlə də davam edəcək”.

Bu çıxışdan sonra Əli Mirəliyev xalq artistinin ünvanına sərt sözlərlə çıxış edib.

“O, məktəb deyil. Nə vaxtdan toy göstərici olub ki, məktəb də olsun?! Səməd özü Gülağaya, Şövkətə, Zaur Rzayevə, mənə, Zeynəb Xanlarova və Akif İslamzadəyə qulaq asıb. Səməd bu sadaladıqlarıma qulaq asıb özü üçün elə mahnılar seçib ki, xalqa yaxın olsun. Dərsliyi Üzeyir Hacıbəyov qoyub. Səməd kimdir ki, dərslik olsun?! Səməd məndən öyrənirdi. Bəlkə, yalan deyirəm, Səməd? İonika çalırdın, fit çalırdın”.

Söhbətə 17 ilin boksçusu, “Neftçi” idman klubunun peşəkar boksçusu, dünya və Avropa çempionu Rauf Ağayev də münasibət bildirib. O, bu məsələdə Səməd Səmədovun tərəfini tutub.

“Əli müəllim, siz düzgün danışmırsınız. İndi belə çıxır Məhəmməd Əlidən sonra heç kəs boksla məşğul olmasın? Əlinin öz məktəbi olub, mənim də öz məktəbim. O, sol əli ilə vurub, mən isə sağ əlimlə vururam. Hərənin öz məktəbi olur. Bu da Səməd Səmədovun məktəbidir”.

İdmançının sözlərinə Əli Mirəliyev “Yəqin sən də özünü reklam etmək istəyirsən” deyə cavab verməsi Ağayevi özündən çıxarıb.

“Mən 17 ildir tanınıram. Peşəkar boksçuyam. Dünya və Avropa çempionuyam. Peşəkar idmançıyam və tələbələrim var. Mənim reklama ehtiyacım yoxdur”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___