Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Əsəd Putinə söz verdi
Tarix: 30-12-2016 | Saat: 02:32
Bölmə:M, Karusel, Siyasət | çapa göndər

Əsəd Putinə söz verdi
Rusiya və Suriya prezidentləri - Vladimir Putin və Bəşər Əsəd arasında telefon danışığı olub.
Bu haqda Kremlin rəsmi saytında bildirilir.
Məlumata görə, dövlət başçıları Suriyada əldə olunan atəşkəs razılaşması və Astanada gələn ay keçirilməsi planlaşdırılan Suriya üzrə danışıqları müzakirə ediblər.
“Telefon danışığında Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs rejimi və siyasi prosesə keçid haqqında razılaşmalara yüksək qiymət verilib. Suriya lideri razılaşmalara riayət etməyə hazır olduğunu ifadə edib”, - xəbərdə deyilir.
Rusiya və Türkiyə arasında Suriya üzrə aparılan danışıqlar nəhayət ki, bu gün nəticə verib. Rusiya prezidenti ölkənin xarici işlər və müdafiə nazirləri ilə görüşündə Suriyada atəşin dayandırıldığını və sülh danışıqlarına başlandığını elan edib.
“İndi bizim uzun müddətdir gözlədiyimiz xəbər gəldi. Üç sənəd imzalanıb. Birinci sənəd Suriya ərazisində atəşin dayandırılması haqqında Suriya hökuməti və silahlı müxalifət arasında imzalanıb. İkinci sənəd atəşin dayandırılması rejiminə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Üçüncü sənəd Suriya böhranının nizama salınması üzrə sülh danışıqlarının başlanmasına hazırlıq haqqında bəyanatdır”, - deyə Putin bildirib.



1818 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
24-04-2017
bütün xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
____ Instagram ___