Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kreml diplomatlarının ABŞ-dan qovulmasına reaksiya verdi
Tarix: 30-12-2016 | Saat: 01:44
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Kreml diplomatlarının ABŞ-dan qovulmasına reaksiya verdi
ABŞ administrasiyası Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlanması məqsədini güdür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 35 rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirərkən deyib.

“Bizim fikrimizcə, Vaşinqtonun, Vaşinqtondakı hazırkı administrasiyanın bu cür addımları, təəssüf ki, gözlənilməz, və demək olar ki, aqressiv xarici siyasətin təzahürüdür. Biz hesab edirik ki, səlahiyyət müddətinin başa çatmasına təxminən üç həftə qalan hazırkı administrasiyanın bu cür qərarları iki məqsəd güdür: onsuz da korlanmış Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlamaq, və, çox güman ki, ABŞ-ın yeni seçilmiş prezidenti administrasiyasının xarici siyasət planlarına zərbə vurmaq”, - deyə Peskov bildirib.

Peskov, ikinci tezisin tamamilə ABŞ-ın daxili işi olduğunu qeyd edib.


Xəbəri paylaş

8158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___