Xankəndinin işğalından 25 il ötür
Tarix: 28-12-2016 | Saat: 08:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 25 il ötür.
APA-nın məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
Advertising 35
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

16-04-2022, 11:04
Aynur Dadaşova ilə Niyam Salami evlənir - VİDEO
7-02-2018, 15:21
Getcontact Azərbaycanda bloklandı
23-05-2016, 16:01
Azərbaycan dəmiryolçuları Türkiyənin yeni baş nazirinə uğurlar diləyir
11-03-2023, 11:33
Bakıda sərnişin "Prius" sürücüsünü bıçaqla hədələdi
3-11-2015, 13:59
Azərbaycanda dəhşət, kişi öz boğazını kəsdi
28-07-2017, 22:33
Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildi
11-02-2022, 11:23
Bakıda yeniyetmə qızın üzünə sillə vuran şəxs haqda ŞOK MƏLUMATLAR: Digər xanımlara da... - VİDEO
17-06-2015, 21:17
İlham Əliyev çempionumuza medal verdi (FOTO)
30-06-2015, 14:35
Dövlət Taxıl Fondu tədarükə başladı (SİYAHI)