Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident xalq üçün ucuz evlərin təməlini qoydu
Tarix: 24-12-2016 | Saat: 11:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident xalq üçün ucuz evlərin təməlini qoydu



Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın (sosial evlər) və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.

Sonra dövlətimizin başçısı mərasimdə çıxış edib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin aprelində Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, agentlik vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binalar inşa edəcək. Mənzilləri aylıq cüzi ödəniş etməklə uzun müddətli kreditlə əldə etmək mümkün olacaq.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___