Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda rekord sayıla biləcək şou (VİDEO)
Tarix: 09-06-2015 | Saat: 21:55
Bölmə:M / Karusel / İdman / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda rekord sayıla biləcək şou (VİDEO)
Mərasimdə iki mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək
İlk Avropa Oyunlarının açılış şousunun detalları açıqlanıb.

Xeberaz.az xəbər verir ki, , ilk Avropa Oyunlarının açılış şousuna hazırlıqlar başa çatıb. Bakı Olimpiya Stadionunda baş tutacaq əyləncə dolu mərasimdə Azərbaycanın mədəniyyət və tarixi ilk növbədə sərgilənəcək. Başqa sözlə əsas elementlər milli mədəni-tarixi irsimizi əks etdirəcək.

Açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə iki mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Şounun prodüseri Katerina Uqvudur. Bu xanım bir sıra mötəbər idman tədbirlərin açılış-bağlanış mərasimlərinə prodüserlik edib.

“Hər bir mərasim ev sahibliyi edən ölkənin mədəni irsini təbii şəkildə özündə əks etdirməlidir. “Bakı 2015” də bu baxımdan fərqli olmayacaq. Azərbaycan gənc ölkə ola bilər, lakin onun gözəl mədəniyyəti var və mərasimdə bu öz əksini tapacaq”, deyə Katerina Uqvu bildirib.

Açılış şousunun bəzi detalları da artıq bəllidir. İlk olaraq şoumen Murad Dadaşov hər kəsi salamlayacaq və dərhal sonra Avroviziya yarışmasında təmsilçimiz Elnur səhnəni paylaşacaq.

Daha sonra açılışa gerisayım başlayır. Nağara ifaçılarının sədaları altında səhnəyə toplanan xanımlar donlarının ətəklərinin rəngini dəyişməklə gözəl mənzərə yaradacaqlar.

Səhnənin tam mərkəzində müxtəlif boyalı milli ornamentlərimiz, xalçaçılıq sənəti, yerli incəsənət nümunələri ilə sinxron şəkildə davam edən hərəkətlər sonda Azərbaycan bayrağını tamamlayacaq.

Daha sonra şou iştirakçıları Azərbaycan tarixi əks etdirən səhnəciklər təqdim edəcəklər. Bütün bunlar tarixin təkrarlanması rəmzi mənasında - dairə şəklində stadionda dövr edəcək.

Daha sonra sıra ilk Avropa Oyunlarına qatılan ölkələrin komandalarının səhnəyə gəlişinə çatacaq.

Səhnədə xüsusi işıq effektlərindən istifadə olunacaq, sonda isə atəşfəşanlıq olacaq.

Amma təbii ki, əsas tamaşaçıları hansı sürprizlər gözləyir açılış günü məlum olacaq. İyunun 12-si bütün diqqət Bakı Olimpia Stadionuna yönələcək.

Bu arada Avropa Oyunları iştiarkçı ölkələrin idmançıları artıq Atletlər kəndində yerləşiblər. Hansı ölkə atletlərinin harada məskunlaşmasını eyvanlarından ayırd etmək olar.

Atletlər kəndinin eyvanları az qala Avropa ölkələrinin bayraqlarına bürnüb. Türkiyə, Rusiya, Belarus, Almaniya, Fransa, İtalia və digər ölkələrin bayraqlarını görmək mümkündür. Eyvanlarında ən çox bayraq asılan və dövlət bayrağı əks olunan lövhə ev sahibinə məxsusdur, Azərbaycan atletləri bu binada məskunlaşıblar.

Ermənistan idmançıları da artıq ölkəmizdədirlər. Onların bayrağını Media kəndində tapa bilməsək də, idmançılar artıq sınaq yarışlarına,məşqlərə çıxıblar.


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___