Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turistlərin Avropa Oyunları haqda fikirləri (FOTO)
Tarix: 09-06-2015 | Saat: 12:13
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Turistlərin Avropa Oyunları haqda fikirləri (FOTO)
Bakıda keçiriləcək möhtəşəm tədbir haqda xaricilərin fikri...
Xeberaz.az xəbər verir ki, Birinci Avropa Oyunlarına 3 gün qalıb. İyunun 12-si yaxınlaşdıqca həm yarış iştirakçılarının, həm də yarışa baxmaq üçün Azərbaycana gələn xarici vətəndaşların - turistlərin, xarici jurnalistlərin, ölkə vətəndaşlarının həyəcanı da artır. Hər kəs oyunlardan mümkün qədər yaxşı nəticə, daha çox medal gözləyir.

Hollandiyadan İlk Avropa Oyunlarını izləmək üçün gələn Peter də ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı bildirib ki, Oyunlar zamanı göstərilən şou-proqramı izləmək onun üçün maraqlı olacaq. "Mənə maraqlıdır ki, onlar mənə nə göstərəcəklər. Azərbaycan beynəlxalq tədbirlərin təşkilatçılığı işində kifayət qədər təcrübəlidir. İndiyədək ölkənizdə "Eurovision" musiqi yarışı, futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatı kimi bir çox yarışlar keçirilib", - deyə Peter ölkəmizi, insanlarımızı bəyəndiyini də bildirib. O, Oyunları boykot etmək çağırışına da münasibətini bildirib. "Bu, məntiqsizdir və mən boykot çağırışını sadəcə anlayan bilmirəm. Niyə Avropa Oyunlarının iştirakçısı olan Avropa ölkələri bu oyunu boykot etmək istəsinlər?", - deyə hollandiyalı qonaq Azərbaycanda oyunların uğurlu keçəcəyinə inandığını da qeyd edib.

Yunanıstandan gələn İosif isə Bakıya cəmi bir gün əvvəl gəlsə də, artıq şəhəri gəzməyə də vaxt tapıb. O, "Bakı maraqlı şəhərdir; burada həm müasir tikililər var, həm də tarixi yerlər" deyir. İosif də boykot çağırışlarının düzgün olmadığını düşünür: "Bütün ölkələrdə belə tədbirlər keçirilir. Bunların ölkənin imicinə, turizminə böyük təsiri ola bilər. Ona görə, belə tədbirləri dəstəkləmək lazımdır".

Georgiosun da fikrincə, siyasəti bu cür işlərə qatmaq düzgün deyil. "Avropa Oyunları da digər beynəlxalq yarışlar kimi bir yarışdır. Əksinə, ilk dəfə keçirildiyinə görə bu Oyunları dəstəkləmək, ona maraq oyatmaq lazımdır", - deyə yunan qonaq belə tədbirləri siyasi təzyiq vasitəsinə çevirməyin yanlış olduğunu bildirib.

Amerikalı Kolins də Azərbaycanı bəyəndiyini, şəhərin Avropa şəhərlərindən geri qalmadığını deyib. "İnanıram ki, ilk dəfə keçirilən Avropa Oyunları uğurla keçəcək, boykot çağırışları Oyunların uğurlu keçməsinə mane olmayacaq".













Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___