Rəsul Çunayev azarkeşləri təəccübləndirmək niyyətindədi (VİDEO)
Tarix: 09-06-2015 | Saat: 00:08
Bölmə:M / Karusel / İdman / M2 / Xəbəraz TV / Gənclərimiz | çapa göndər
"Bunu əvvəlcədən fikirləşib, planlı bir şəkildə etmirəm, bu, bir anlıq baş verir"
Avropa Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq Yunan-Roma güləşçiləri arasında Rəsul Çunayev digər həmkarlarından qələbəni xüsusi jestlərlə bayram etməsi ilə fərqlənir.
2014-cü ildə Daşkənddə baş tutan mundialda erməni rəqibini məğlub etdikdən sonra əsgər salamı verməsi hələ də yaddaşlardan silinməyib. Bəs bu dəfə Avropa Oyunlarında qələbə qazanacağı təqdirdə Çunayevdən hansı sürprizi gözləyək?
"Bunu əvvəlcədən fikirləşib, planlı bir şəkildə etmirəm, bu, bir anlıq baş verir. Əgər bu yarışlarda qələbə qazansam yenə bir şey etmiş olaram", deyə Çunayev bildirdi.
Lakin bunun üçün ilk növbədə Avropa Oyunlarında uğurlu nəticəyə imza atmaq lazımdır. Hər halda cari ildə Tehranda keçirilən Yunan-Roma güləşi üzrə dünya kubokunda inamlı təsir bağışlayan və millimizin tarixində ilk dəfə trofeyə sahib çıxmasında rolu olan Rəsul hazırda optimal formadadır.
Avropa Oyunlarında Yunan-Roma güləşi üzrə yarışlar isə 13-14 iyun tarixində Heydər Əliyev adına idman arenasında keçiriləcək.
Xəbəri paylaş
8658 dəfə oxunub.
Digər xəbərlər

3-10-2020, 14:24
Ordumuz düşmənin bir qrup hərbçisini əsir götürdü - FOTOLAR
28-04-2020, 15:36
DİN-dən ƏMƏLİYYAT: Şirkət rəhbəri saxlanıldı (VİDEO)
10-01-2017, 20:10
Türkiyədə polis idarəsinə TERROR HÜCUMU: ölən var - YENİLƏNİB - VİDEO
4-09-2018, 17:15
Azərbaycanlı aparıcını avtobusda aldatdılar - FOTO
14-12-2015, 14:39
İlham Pirməmmədov işdən çıxarıldı
18-04-2021, 14:06
“Kəpəz” MTK-Da Yarım Milyonluq Yeyinti
20-09-2019, 21:13
Dana Durdana: Sevgi yoxdur sevgi tənhalıqdır ...VİDEO
31-01-2016, 15:40
"Mənim Aygün Kazımova ilə nə işim var?" - Fatimə
26-03-2022, 11:52
Dövlətin təhsil ocağı özəl şirkətə çevrilib... - İTTİHAM VAR!