Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan İraqa pul yatırmaq istəyir
Tarix: 03-06-2015 | Saat: 12:50
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycan İraqa pul yatırmaq istəyir
Nazir açıqlama verdi.

İraq Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa çox böyük maraq göstərir.

Xeberaz.az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.

“Neft-qaz və enerji sahəsində İraq və Azərbaycan əməkdaşlıq etmək niyyətindədirlər. Bu günlərdə ölkələr arasında imzalanmış anlaşma memorandumu ilə tərəflər əməkdaşlığın əsasını qoydular”, - deyə nazir deyib.

Onun sözlərinə görə, memoranduma əsasən, Azərbaycan Dövlət Neft Şirkəti və İraqın Milli Neft Şirkəti birgə qrup yaradacaq.

“Biz nəzərdə tuturuq ki, İraqda hansısa bir neft yatağına investisiya qoyaq. Eyni zamanda İraqı Azərbyacandakı layihələrdə iştiraka dəvət etdik. İnanıram ki, bizim əməkdaşlığımız baş tutacaq”, - Natiq Əliyev deyib.

Qeyd edək ki, energetika naziri Natiq Əliyev və İraqın neft naziri Adil Abdulmahdi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu iyunun 1-də imzalanıb.


Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___