Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur
Tarix: 14-12-2016 | Saat: 22:53
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur

14.12.2016-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 8-ci qrant müsabiqəsində qalib olmuş Gülşən Fətəliyevanın “Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi Bakı şəhəri 200 № li məktəb-lisey kompleksində baş tutmuşdur.

"Xəbəraz.az " xəbər verir ki,Layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin təşkil olunacaq seminarlarda gənclərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumatlar verməkdir.
Üçüncü seminarın təlimçiləri Hüseynağa Əliyev, Məhsəti Hüseynova, Rahimə Hümbətova, psixo-analitik Aydan Xasməmmədzadə və qonaq qismində Rahidə Hümbətova olmuşdur.

Təlimçi Hüseynağa Əliyev layihə iştirakçılarını siqaretin həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqoldan asıllığın mübarizə yolları haqqında məlumatlandırıb.

Çıxış edən növbəti təlimçi Məhsəti Hüseynova sağlam qidalanma, düzgün yuxu rejimi və yuxusuzluğun ziyanları haqqında məlumat vermişdir. Bu kimi digər problemlərin müzakirəsi, yaranma səbəblərinə aydınlıq gətirilməsi və zərərlərin aradan qaldırılmasına dair müzakirələr edilib.

Daha sonra təlimçi Rahimə Hümbətova İnternet və Texnologiya dedikdə ağla ilk gələn sosial şəbəkələr, telefon və onlardan asılılıq - bunun xeyirli tərəfləri ilə yanaşı “ internetin sağlamlığımıza vurduğu fəsadlarla necə mübarizə aparmaq laımdır?” mözusunda ətraflı məlumat və s. kimi məlumatlar gənclərə seminar vasitəsi ilə təqdim etmişdir.


Yekun olaraq psixo-analitik Aydan Xasməmmədzadə zərərli vərdişlərin psixoloji tərəflərini, sağalma proseduru ilə bağlı çıxış edib. Daha sonra gənclərin psixoloji mövzuda suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin üçüncü təlim günü gənclərin böyük marağına səbəb olub və böyük aktivliklə müşahidə edilib. Sonda tədbirdə aktiv olan iştirakçılara sertifikat təqdim edilib və xatirə şəkli çəkdirilmişdir.

“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur
“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur
“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur
“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur
“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin üçüncü təlimi baş tutmuşdur


Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___