Azərbaycan nümayəndə heyəti Serbiyada QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edib
Tarix: 17-03-2015 | Saat: 01:21
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Xeberaz.az istinadən Azertac.az a xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev və Milli Məclisin deputatı, QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev Serbiyada səfərdədir. Məqsədi QDİƏT PM-nin iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 44-cü iclasında iştirak etməkdır.
İclasda “QDİƏT üzv ölkələrində informasiya cəmiyyətinin inkişafında və güclənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzə dinlənilib, müvafiq istiqamətdə müzakirələr aparılıb, rəy və təkliflər qəbul olunub.
Səfər çərçivəsində A.Hacıyev və M.Quliyev Serbiya parlamentinin nümayəndələri və ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Belqrad şəhərinin mərkəzindəki Taşmaydan parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Bununla yanaşı, parkdakı görkəmli serb yazıçısı, “Xəzər lüğəti” əsərinin müəllifi Milorad Paviçin heykəli, eləcə də Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi də ziyarət edilib.
Səfər çərçivəsində nümayəndə heyətimiz Serbiya parlamentinin vitse-spikeri, bu ölkənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İqor Beçiçin dəvəti əsasında Novi Sad şəhərində Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın burada ucaldılmış büstü önünə gül dəstəsi qoyublar.
Səfər zamanı, həmçinin A.Hacıyev Serbiya parlamentinin sədri Maya Qoykoviç, bu ölkənin baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç və Serbiyanın Avrointeqrasiya məsələləri üzrə portfelsiz naziri Yadranka Yoksimoviç ilə ikitərəfli görüşlər keçirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

15-08-2016, 00:38
Cinsi istəyi artıran qidalar
24-04-2016, 20:53
Əl-Cəzirə Azərbaycanın azad olunmuş torpaqlarını göstərdi - Video
17-11-2016, 17:19
Bakıda şirniyyatın içindən iyrənc maddə çıxdı - FOTO
18-01-2016, 17:40
Azərbaycanda 6 nəfər dəm qazından boğuldu
30-11-2017, 11:09
Küçələr zonalara bölünəcək, velosiped yolu olacaq - BNA
9-03-2017, 22:10
Barmaqların şaqqıladamasının əsl səbəbi
23-05-2023, 12:44
“Eşqin qızımı döyüb, söyüb” - Rəqsanə danışdı - Video
28-06-2015, 19:27
ilk dəfə yağış görən körpə — VİDEO
17-06-2016, 12:52
Sabah Milli Məclisə deputat seçiləcək