Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir
Tarix: 12-12-2016 | Saat: 14:59
Bölmə:M, K, Gündəm, Müsahibə | çapa göndər

Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir

Heydər Əliyev şəxsiyyəti
Hər bir dövlətin tarixində elə şəxsiyyət var ki, o bütövlükdə xalqın taleyini dəyişir. Onun var olmasında, inkişaf etməsində müstəsna rol oynayır. Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, tarixin ən çətin anlarında xilaskar insan onun harayına çatır, dərdlərinə məlhəm olur. Əqidəsi, məsləki xalqının azadlığı, inkişafı, qüdrətlənməsi uğrunda mübarizəyə həsr olunmuş belə simalar nəsillər dəyişdikcə daha böyük əbədiyyət qazanırlar.Öz təəssübkeşliyi, mərdliyi, sədaqəti ilə hamıya nümunə olan bu qüdrətli İnsan hər hansı sahədə olursa- olsun əqidəsinə sadiq qalacaqdır.
Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir. O, qəlbini canından çox sevdiyi xalqının səadəti uğrunda məşəl kimi yandıraraq insanların yoluna nur çilədi. Bu yolda alovlu mübarizələrdən, çətin sınaqlardan keçdi. Həyatın hər imtahanından da alnıaçıq, üzüağ çıxdı. Çünki mənən güclü idi. Onun siyasi fəaliyyəti, Vətəninə, xalqına təmənnasız, müqəddəs münasibəti güclü bir məktəb, tükənməz xəzinədir. Gələcək nəsillər bu məktəbdən hələ çox şey öyrənəcək, bu xəzinədən bəhrələnəcəklər. Heydər Əliyev müasir demokratik Azərbaycanı yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, müstəqil dövlətimizin memarı, uzaqgörən siyasətçi, vətənpərvər və qayğıkeş bir rəhbər kimi yazıldı.
Lakin əfsuslar olsun ki, tarix ədalətli olduğu qədər, həm da amansızdır. Artıq 10 ildir ki, xalqın qəlbində məskən salan, xatirələrdə yaşayan Azərbaycanın böyük oğlu Heydər Əliyev əbədiyyətə qovuşmuşdur. Bu keçən müddətdə biz onun ideyalarının, arzularının sönməz, əbədi nurunu hiss edir və onların reallaşmasında az da olsa öz tövhələrimizi vermək üçün səy göstəririk.
Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur.
ABŞ-ın "Ceymstaun" Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi "Azərbaycanın Corc Vaşinqtonu" adlandırmışdı. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası" hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb.
Ulu Öndərlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.
Tarixə öyrəniləsi şəxsiyyətlər bəxş etməyi bacarmayan xalq dünyanın gözünə bir qədər miskin görünür. Ona görə, Ulu Öndərin doğum tarixi bizim üçün ikiqat bayramdır. Onun sayəsində özümüzü dünyanın gözündə təsdiqlədiyimizə görə.
Adı tarixdə sadəcə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq; amma elə insanlar da var ki, onlar tarixdə sadəcə qalmırlar, onlar tarixin axarını dəyişirlər. Bu insanlar əslində tarixi şəxsiyyətdən daha artıqdırlar. Zamanı durmadan axan çaya bənzətsək, belə insanlar həmin çayın üstündə qurulan işıq bəndləridirlər; tarix onlardan keçdikcə xalqlarının gələcəyini işıqlandırır. Onlar hər mənada zamanın enerjisini alıb, xalqlarına ötürürlər.
Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.
Dünyada çoxdan belədir; məsələn, Birləşmiş Ştatlarda tarix və siyasət elminin xüsusi bir bölməsi var: Vilsonşünaslıq. Bu elm budağı Amerikanın 28-ci prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun araşdırılmasıyla bağlı indiyədək 30 mindən artıq kitab yazılıb. Söhbət bundan gedir ki, tarixin hansısa məqamını araşdırarkən bəzən "axı bu, necə ola bilmişdi" sualına cavab arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi tədqiqinə ehtiyac yaranır. Deyək ki, Vudro Vilson vaxtilə Amerikanın inkişafını bu günkü qlobal dövlət olmaq yoluna çevirmişdi. Azərbaycan tarixində anoloji yeri tutan şəxsiyyət isə heç şübhəsiz, Heydər Əliyevdir.
İllər keçəcək və qüdrətli Azərbaycan dövlətinin inkişaf yollarını araşdıranda hər dəfə daha aşkar görünəcək ki, bu ölkəni həmin istiqamətə Heydər Əliyev döndərib. Azərbaycanın formal müstəqillikdən real müstəqilliyə keçid illəri tarix və siyasət elmləri prizmasından araşdırılanda "nəyin sayəsində belə oldu" sualını cavablandırmaq zərurəti istər-istəməz mütləq Heydər Əliyev fenomeninin araşdırılmasına gətirib çıxaracaq. Və onunla bağlı da yəqin, minlərlə kitablar yazılacaq. Həm də bütün dünyada. Çünki bu fenomenin ciddi elmi tədqiqata ehtiyacı var. Söhbət təkcə ondan getmir ki, Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır.
Həbib Misirov
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai
Birliyinin sədr müavini



2558 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___