Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıya 127 telefon gətirmək istədi, tutuldu (FOTO)
Tarix: 03-06-2015 | Saat: 11:44
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Bakıya 127 telefon gətirmək istədi, tutuldu (FOTO)

Azərbaycanın gömrükçüləri qaçaqmalçılığın qarşısını alıb. Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı, Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E240” markalı 99-DM-819 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib.

“Smiths Heimann HCVG” yük yoxlama-baxış sistemi ilə gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.



Xəbəri paylaş

5718 dəfə oxunub.

Digər xəbərlər
1-01-2016, 13:56 Ən ucuz İphone gəlir

bütün xəbərlər
____ Instagram ___