Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

"Heydər Əliyev Azərbaycan xalqının əbədi milli sərvətidir" - Xalq yazıçısı Anar
Tarix: 10-12-2016 | Saat: 16:01
Bölmə:M, K, Müsahibə | çapa göndər

"Heydər Əliyev Azərbaycan xalqının əbədi milli sərvətidir" - Xalq yazıçısı Anar

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yap.org.az-a müsahibə verib:

- Anar müəllim, dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı hər il bu günü dərin hüzn ilə qeyd edir. Çünki ulu öndər Heydər Əliyev bütün həyatını xalqımıza həsr edib. Ümumiyyətlə, ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...

- Ümummili lider Heydər Əliyev haqqında danışarkən bir məqamı qeyd etməmək mümkün deyil. Şəxsiyyətlərin miqyası, bir tərəfdən onların öz zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir. Bu danılmaz həqiqəti kimsə inkar edə bilməz. Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu ildə çıxdı. Doğrudur, bu tarixdən neçə illər qabaq da Heydər Əliyev təhlükəsizlik xidmətlərində məsul vəzifələrdə çalışıb və o dövrün yazılmamış qanunlarına uyğun olmayan bir şəkildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri də təyin olunub. Bu, o dövrün qanunlarına ona görə uyğun deyildi ki, adətən müttəfiq respublikalarda bu vəzifəni yerli millətin nümayəndələrinə etibar etmirdilər, həmin postu başqa yerlərdən göndərilmiş, əsasən rus kadrlar tuturdular. DTK keçmiş rejimin ən qapalı idarələrindən biri idi və onun nəinki işçilərini, rəhbərlərini belə ictimaiyyət çox vaxt üzdən də tanımırdı. Heydər Əliyevin bu cəhətdən də məharətlə istifadə etdiyini yada salmaq istəyirəm. Mərkəzi Komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev şəhəri gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani şəkildə müşahidə edir və yerindəcə günahkarların cəzasını verirdi. Belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında fikirlərin geniş yayılmasına səbəb olurdu. Bu üsul, təbii ki, ən qısa bir müddətdə davam edə bilərdi, çünki tezliklə respublikanın yeni rəhbərini hamı üzdən də tanımağa başladı və Heydər Əliyev qanun pozuntularına qarşı mübarizəsini başqa, daha geniş miqyasla davam etdirdi.
Ümumiyyətlə, sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük quruculuq işləri həyata keçirdi, respublikamızın siması əhəmiyyətli dərəcədə dəyişdi. Bilirsiniz ki, o, rəhbər seçilənə qədər Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalanlardan biri idi. Amma Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan hərtərəfli inkişaf etdi. Onun hakimiyyəti illərində xalqın özünüdərki, milli şüurun oyanışı baxımından da mühüm nəticələr əldə olundu. Ulu öndərimiz müstəqilliyimizin dönməzliyini təmin etdi. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi.

- Ulu öndər Heydər Əliyev yaradıcı insanlarla da mütəmadi olaraq görüşürdü, onlara qayğı ilə yanaşırdı. Onunla ilk görüşünüzü necə xatırlayırsınız?

- Mən ümummilli lider Heydər Əliyevi ilk dəfə sovet dövründə komsomolun qurultayında görmüşəm, Onun iştirak etdiyi həmin qurultayda çıxış etmişdim. Sonra isə dəfələrlə görüşmüşük. O, Moskvada işləyəndə də görüşmüşük, vəzifədən istefa verəndən sonra da əlaqələrimiz olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda da, onunla Naxçıvanda görüşmüşəm.
Eləcə də, müstəqillik illərində Heydər Əliyev dövlət başçısı olarkən dəfələrlə görüşümüz olub. Bütün bunlar haqqında "Unudulmaz görüşlər" adlı kitabımda müfəssəl yazmışam. Heydər Əliyev xarici səfərlərə gedəndə yazıçıları da aparırdı və mən də onun bir neçə səfərində iştirak etmişəm.
Ümumiyyətlə, Heydər Əliyevə nə vaxt müraciət edirdimsə, həmişə müsbət cavab alırdım. Təbii ki, müraciətlərim Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı idi. O, AYB-nin ehtiyaclarını bilirdi və həmişə bizə qayğı ilə yanaşırdı. Müstəqillik illərində ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları dövlət büdcəsi hesabına maliyyələşdirildi. Çünki ədəbi jurnal və qəzetlər olmadan ədəbiyyat inkişaf edə bilməz. Heydər Əliyevin bu qayğısı Azərbaycan ədəbiyatının xilası idi.
Eləcə də, yazıçıların yubiley tədbirləri olanda, təşkilatımızın qurultaylarında ulu öndər Heydər Əliyevə müraciət edirdik və həmişə ondan xoş münasibət görürdük.

- Ümummilli lider Heydər Əliyev təkcə ədəbiyyatımıza qayğı göstərmirdi, eyni zamanda ədəbiyyatımızın, yazarlarımızın xilaskarı missiyasını da öz üzərinə götürmüşdü...

- Bəli, həqiqətən belədir. Biz Yazıçıların IX qurultayına Heydər Əliyevi də dəvət etmişdik və o, dəvətimizi qəbul edərək qurultayda iştirak etdi. O, zaman vəzifədə deyildi. AYB-nin X qurultayında isə Heydər Əliyev Azərbaycan prezidenti olaraq iştirak etdi. Sualınızın cavabı olaraq niyə buradan başladım? Çünki X qurultayda çıxışı zamanı Heydər Əliyev bildirdi ki, vəzifədə olmayanda ətrafımda olan bir çox insanlar ondan üz döndərəndə, yazıçılar tədbirlərinə dəvət etdilər, hörmətlə qarşıladılar və gördüm ki, yazıçılar daha etibarlıdırlar. Qurultayda onu da xatırlatdı ki, sovet dövründə kimlərsə gəlib yazıçılar haqqında cürbəcür sözlər deyirdilər. Məsələn, "Qobustan" jurnalında millətçilik var, Anarın yazdığı "Şəhərin yay günləri" antisovet əsəridir, onun babası da antisovet olub və s. Heydər Əliyev "Şəhərin yay günləri" pyesinə baxdı və bəyəndi, teatrın tarixində ilk dəfə səhnəyə çıxıb artistlərlə görüşdü, sonra da bu əsərə dövlət mükafatı verdi.
Ümumiyyətlə, Heydər Əliyev sovetlər dövründə bir çox yazıçı-şairləri təhlükələrdən xilas etdi. Fakt olaraq deyim ki, ermənilər Rəsul Rza haqqında Moskvaya böhtan dolu məktublar yazırdılar. Amma Heydər Əliyev Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı nişanı verilməsinə nail oldu. Eləcə də, Bəxtiyar Vahabzadəni təhlükədən xilas etdi, yüksək adlarla, mükafatlarla təltif etdi. Sovet dövründə bəzi gənc yazıçıları millətçi damğası ilə həbs etmək istəyirdilər. Heydər Əliyev onları yanına çağırıb demişdi ki, ağlınızı başınıza yığın, işləyin, milllətə öz yaradıcılığınızla xidmət edin. Yəni, ulu öndərimiz hər mərhələdə - həm sovet, həm də müstəqillik dövründə yazıçıları müdaifə edib.

- Sizin belə bir fikriniz var: "Heydər Əliyev Azərbaycan xalqının əbədi sərvətidir". Bu fikrinizin fəlsəfəsində dayanan gerçəkliklər nədən ibarətdir?

- Bütün tariximizə nəzər saldıqda əminliklə deyə bilərik ki, Heydər Əliyev xalqımızın ən böyük dövlət xadimlərindən biridir. Bütövlükdə Heydər Əliyev dünya miqyasında böyük siyasi xadim idi. Mən həmişə deyirəm ki, Qorbaçovun yerinə Heydər Əliyev SSRİ-nn rəhbəri olsaydı, bu dövlət dağılmazdı.
Təbii ki, Heydər Əliyev böyük dövlət xadimi olaraq xalqımız üçün misilsiz xidmətlər göstərib. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı daxili çəkişmələrdən xilas etdi. Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. Bu gün müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub. Yəni müasir müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həqiqətən, Heydər Əliyev xalqımızın əbədi milli sərvətidir.

- Ulu öndərimiz haqqında indiyə qədər çoxsaylı əsərlər yazılıb, kitablar nəşr olunub. Bəzən belə fikirlər səslənir ki, Heydər Əliyev haqqında nə qədər yazılsa da, onun xarakteristikasını, genişmiqyaslı fəaliyyətini tam ifadə etmək mümkün deyil. Siz bu barədə necə düşünürsünüz?

- Mən ulu öndər haqqında xatirələrimi qələmə aldığım "Unudulmaz görüşlər" kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində Onun xidmətləri daha dərindən dərk ediləcək.
Mən də düşünürəm ki, bir kitabda Heydər Əliyevi tam ifadə etmək mümkün deyil. Çünki çox zəngin həyat yolu olan insandır. Hər kitab onun bir cəhətini açır. Xüsusilə, mən yazıçı-publisist, millət vəkili Elmira Axundovanın çoxcildliyini qeyd etmək istəyirəm. Bu kitablar sənədlər əsasında yazılıb. Hesab edirəm ki, indiki dövrdə Heydər Əliyev haqqında əsərlər sənədlər və onu yaxından tanıyanların xatirələri əsasında yazılmalıdır. Yəqin ki, Heydər Əliyevin bədii obrazı gələcəkdə yaradılacaq.

- Anar müəllim, ümummilli liderimizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan dövlət siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu baxımdan hazırda Heydər Əliyev siyasətinin davam etdirilməsi haqqında nə deyə bilərsiniz?

- Əslində, başqa cür ola bilməzdi. Çünki Heydər Əliyev bütün fəaliyyəti boyu dəfələrlə dövrün və mövcud sistemin ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi idi. Ulu öndər Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu digər siyasətçilərdən, ilk növbədə, üstün keyfiyyətləri ilə seçilirdi. Məhz bu keyfiyyətlərinə, öz daxili tarazlığını hər zaman qoruduğuna görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası sonadək uğurlu olmuşdur. Bu baxımdan Heydər Əliyev neçə-neçə siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılır və sayılacaq. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Konkret olaraq sualın cavabına gəlincə, qeyd etmək yerinə düşər ki, Heydər Əliyev, eyni zamanda, min bir zəhməti bahasına qurduğu dövlətin qorunub saxlanması və gələcəkdə daha da qüdrətli olması üçün siyasi varis yetişdirməyi də unutmamışdı. 2003-cü ildən keçən zaman ərzində cərəyan edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlar əldə etməsi dahi şəxsiyyətin bütün digər məsələlər kimi, siyasi varislik məsələsində də yanılmadığını sübuta yetirdi.
Hörmətli prezidentimiz İlham Əliyev ulu öndərimizin layiqli davamçısıdır. O cümlədən, prezidentimizin ədəbiyyata diqqətini də hiss edirik. O, yaradıcı təşkilatlara hər zaman qayğı göstərir. Bəzən cahil fikirlər səslənir ki, AYB, yaradıcılıq təşkilatları nəyə lazımdır. Bunlara yaxşı cavablardan biri də, dövlət başçısının Azərbaycan Yazıçılar Birliyinin, fəaliyyətinə verdiyi yüksək qiymətdir.
Bir faktı sizə xatırladım. 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev yaradıcı ziyalılarla görüşü zamanı mən çıxış edərək əbədiyyat nümunələrinin latın qrafikalı əlifbada çap olunmasının zəruriliyini bildirdim. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən qısa müddət sonra bu barədə sərəncam verdi və həm Azərbaycan, həm də dünya ədəbiyyatıın nümunələri latın qrafikalı əlifba ilə çap olundu.
Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti əbədiyaşardır.



1148 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
21-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___