Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Əhmədov: "ATƏT-in Minsk qrupunun fəaliyyətində kardinal dəyişiklik olmalıdır"
Tarix: 10-12-2016 | Saat: 11:55
Bölmə:M / Karusel / Siyasət / Bizim seçim | çapa göndər

Əli Əhmədov: "ATƏT-in Minsk qrupunun fəaliyyətində kardinal dəyişiklik olmalıdır"



"Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırkı status-kvonunun qorunub saxlanmasına xidmət edir. Ermənistan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır. Lakin Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq prinsiplər və hüquq normaları əsasında gec-tez həll olunacaq. Əks halda, münaqişənin həlli üçün Azərbaycan öz imkanlarından istifadə edəcək".

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə toxunan Ə. Əhmədov bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır: "Amma təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Əlbəttə, mən ATƏT-in Minsk qrupunun fəaliyyətini heçə endirmək istəməzdim. Amma reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq: ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək".


Xəbəri paylaş

5128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___