Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam
Tarix: 02-06-2015 | Saat: 18:45
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Fotogalereya / Məşhurların Taleyi | çapa göndər

İlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam
“Hələ dilin də var danışmağa?”

Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Xeberaz.az Ölkə.Az-a istinadla xəbər verir ki, İ.Quliyeva açıqlamasında bildirib ki, əgər məsləhət olsa idi, məşəl Flora Kərimovaya həvalə edilərdi:

“Niyə sən bu qədər alçalırsan? Lazım bilsəydilər, səni dəvət edərdilər. Sənin vətənə heç bir xidmətin olmayıb, heç vaxt vətəninə sadiq olmamısan, torpağın qədrini bilməmisən. Xalq bilir sən ömrün boyu hansı məzhəbə qulluq etmisən. Mən bu gün üzdəyəm. Nazir iclasda da dedi ki, biz bura sənətin qaymaqlarını dəvət etmişik. Orada Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev də var. Amma mən xüsusi dəvət olunmuşam. Sənə yazığım gəlir. Çünki heç bir dəftərdə adın yoxdur. Sənə təklif etsəydilər, imtina edərdin? Axı sənə deməzlər. Sən torpaq satmısan, dövlət, xalq, bayraq qədri bilməmisən. Səni tanıyanlar gülür ki, gah o başa getdin, gah bu başda süründün, gah döyüldün, başının parikin yerlərdə süründü. Hələ dilin də var danışmağa? Yaxşısı budur məhkəmədə mənə uduzduğun üç min manatı göndər. Göndərməsən, səni həbs etdirəcəyəm. Yazığım gəlirdi, amma gördüm ki, sən başa düşmürsən. Məni xalqım, dövlətim sevir. Bayrağıma, torpağıma qurban olum. Belə o məşəli əlimə alacağam. Yanımda olsan, səni o məşəllə yandıracağam”.


Xəbəri paylaş

8158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___