Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: "İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir"
Tarix: 08-12-2016 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nazir: "İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir"


ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib. O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasıyanın əsas səbəblərindən birdir:

"Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır.

Ümid edirik ki, Minsk qrupu bu istiqamətdə vacib rol oynayacaq. Münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib".


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___