Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyətin xidmətə hazırlığı yoxlayıb
Tarix: 02-06-2015 | Saat: 18:19
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyətin xidmətə hazırlığı yoxlayıb
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) birinci Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanılıb.


Xeberaz.az Azərtac-a istinadən xəbər verir ki, Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb. Bu məqsədlə, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakıda yerləşən 2 hərbi hissəsində birinci Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.

General-leytenant Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti Oyunlar zamanı qarşıya qoyulmuş tapşırıqların təmin edilməsində xidmətə tam hazırdır. Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin və avtomaşınların daxil olmasının, eyni zamanda, baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Belə ki, xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmətaparma yerləri ilə əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti ilə birinci Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti barədə, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib.

Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə DQ-nin hərbi qulluqçuları ilə polis orqanlarının əməkdaşlarına birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib.

Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib.





Xəbəri paylaş

3 2188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___