Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Natiq Əliyev OPEK-in iclasına gedir
Tarix: 05-12-2016 | Saat: 21:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Natiq Əliyev OPEK-in iclasına gedir
OPEK üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Bunu APA-ya Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

"Dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib. Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak edib, o cümlədən Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirib. Ümid edirik ki, OPEK və qeyri-OPEK ölkələrinin növbəti görüşü də əhəmiyyətli olacaq", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, noyabrın 30-da OPEK üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 mln. barrel azaldaraq, 32,5 mln. barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
2-10-2015, 00:54 Astroloji proqnoz

bütün xəbərlər
____ Instagram ___