Sürücülərin əvəzinə yol vergisini kim ödəyəcək?
Tarix: 02-06-2015 | Saat: 16:53
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər
Xeberaz.az xəbər verir ki, Yanacaq istehsal edən və satan şirkətlərin niyyəti baş tutmayıb
Milli Məclisin son iclasında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq. Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs indiyə qədər təqdim etdiyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur. Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.
Bəs yol vergisi kim tərəfindən ödəniləcək? Bu sualla hüquqşünas ekspert Azər Allahverənova müraciət etdik. Ekspert Bizimyol.info saytına bildirib ki, yol vergisi yanacaq istehsalçıları tərəfindən ödənilməlidir.
“Əvvəl belə idi ki, maşın texniki baxışa gedəndə, ondan yol vergisi də tutulurdu. Nəticə etibarilə, texniki baxışdan keçən bütün avtomobillər yol vergisi alınırdı. Yanvar ayından etibarən bu yol vergisi götürüldü və bununla bağlı sərəncamda da qeyd edilirdi ki, satışa çıxarılan hər litr yanacaqda 2 qəpik istehsalçı tərəfindən ödənilməlidir. Həmin vaxt sərəncamda qeyd olunan bu müddəanı yanacaq istehsalçıları və ya onun satışını həyata keçirən şirkətlər özlərinə sərf edən şəkildə yozaraq, yanacağın qiymətini 2 qəpik artırdılar. Sonradan buna aydınlıq gətirildi ki, bu, heç də qiymət artımı hesabına baş verməli deyildi və sadəcə olaraq, hər litrdən 2 qəpik yol vergisinə görə müvafiq quruma ödənməlidir. Hər il istər bütün avtomobillər texniki baxışdan keçirilir. Artıq həmin texniki baxış prosesi gedir və yol vergisi tutulmur. Bunun da səbəbi odur ki, yanacaq istehsal edən və satışını həyata keçirən şirkətlər özlərinə daxil olan mənfəətdən hər litr üçün 2 qəpik ödəyirlər” - ekspert bildirdi.
Xəbəri paylaş
5888 dəfə oxunub.
Digər xəbərlər

14-11-2015, 15:48
Cərimə meydançasında soyğunçuluq: “50 manat ver, buraxaq...“
2-02-2022, 09:03
Azərbaycanda Gənclər Günü qeyd olunur
13-06-2021, 13:08
Zabit 2 il sonra rinqə qayıtdı, qalib gəldi - Video
21-10-2016, 13:34
Dilimizi korlayanlarla bağlı təklif – Pul cəriməsi
2-11-2022, 11:41
Azərbaycanda 71 yaşlı kişi məktub yazıb özünü asdı
12-08-2022, 12:06
Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...
22-03-2021, 22:21
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
18-10-2015, 02:31
Milli təhlükəsizlik naziri işdən çıxarıldı
27-08-2021, 10:35
Bu qızlar Azərbaycanda kişiləri soyundurub videoya çəkir – Aralarında alimi də var, mollası da...