Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev aprel döyüşlərindən zərər çəkən ərazilərdə
Tarix: 03-12-2016 | Saat: 13:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev aprel döyüşlərindən zərər çəkən ərazilərdə



Prezident İlham əliyev aprel döyüşlərində ermənilərin atəşləri nəticəsində Tərtərdə ziyan dəymiş evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olub.

"Xəbəraz.az " xəbər verir ki, Azərtac-ın məlumatına görə, bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar verib və Sərəncam imzalamışdı. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.

Bu gün Tərtərə səfəri zamanı Azərbaycan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.

Dövlət başçısı və xanımı həyətləri gəzib, tikilmiş və bərpa olunmuş evlərə baxıblar.

Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Prezidentə məlumat verilib ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Dövlət başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış olub, sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.


Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___