Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR
Tarix: 02-12-2016 | Saat: 22:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.
"Xəbəraz.az " Azərtac-a istinadən xəbər verir ki, prezident qonaqları salamlayıb. Əliyev bu il dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfərindən də danışıb:

“O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.

Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir”.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev söz alıb və Azərbaycanda keçiriləcək İslam ölkələrinin Oyunlarıda iştirak edəcəyinə ümid etdiyini bildirib:

İlham Əliyev: Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Berdiyev: Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

İlham Əliyev: Çox sağ olun.

Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

İlham Əliyev: Sağ olun, çox sağ olun.

Berdiyev: Əgər müsaidə edərsinizsə.

İlham Əliyev: Əlbəttə.

İsmayıl Berdiyev İlham Əliyevə Qafqazın milli geyimini hədiyyə təqdim edib.

İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR
İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR
İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR
İlham Əliyev Qafqaz Xalqlarının geyimində — FOTOLAR


Xəbəri paylaş

8328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___