Nazir: "Tariflərin artırılması əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək"
Tarix: 02-12-2016 | Saat: 14:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək".
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Birinci qeyd etmək istəyirəm ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirildi. Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il "Pensiya haqqında" qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik", - deyə nazir bildirib.
Xəbəri paylaş
6328 dəfə oxunub.
Digər xəbərlər

21-07-2017, 19:02
"Sevginin Göz Yaşları" serialı başlayır-doğma kanal Lider Tv də
17-05-2023, 10:38
"Geyimlə tərbiyə ölçülmür"
1-10-2016, 16:46
Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı
8-04-2018, 10:06
"Bavariya" ardıcıl altıncı dəfə Almaniya çempionu olub
18-05-2015, 12:15
Son iki gündə erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 148 dəfə pozublar.
1-01-2016, 19:36
Röya kimin qarşısında baş əydi
24-12-2016, 22:28
Tutuquşuların bulvara kütləvi köçü: onlar hardan gəlib? -Video
19-03-2017, 19:00
Bakıda tələbə qız qaçırıldı