Xalq artisti: Görün, nə günə qalmışıq ki, məşəli İlhamə daşıyacaq
Tarix: 02-06-2015 | Saat: 14:42
Bölmə:M / Karusel / Gündəm / İdman / M2 | çapa göndər
“Kimsə Azərbaycanı bütün dünyaya çox yaxşı güldürmək istəyir”.
Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün, nə günə qalmışıq ki, layiqli adamlar qala-qala məşəlin daşınmasını İlhamə Quliyevaya həvalə ediblər.
Xeberaz.az AzVision.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Flora Kərimova Avropa Oyunları məşəlinin İlhamə Quliyeva tərəfindən daşınmasına münasibət bildirərkən deyib.
O, bu addımın yolverilməz olduğunu diqqətə çatdırıb.
“Yəni bu olimpiadanın qiyməti İlhamə Quliyevadır? Açsınlar sosial şəbəkələri xalqın arasında onun nüfuzuna baxsınlar. Düşündülər ki, layiqli sənətçilər, layiqli idmançılar nə deyəcək? Kimsə Azərbaycanı bütün dünyaya çox yaxşı güldürmək istəyir”.
F.Kərimova bildirib ki, məşəlin danışmasını ona təklif etsəydilər, qəbul etməzdi:
“Məşəli Azərbaycanın adına şöhrət gətirən, bayrağmızı bütün yarışlarda qaldıran, o bayrağı fərəhlə çiyninə atıb gəzdirən, himni gözüyaşlı səsləndirən cavanlar aparlmalıdır. Nə olsun ki, sənətkaram. Bu yaşımda mənə yaraşmır və buna ixtiyarım yoxdur. Çünki bu məşəli daşımağa məndən əvvəl Azərbaycan bayrağını dünyada tanıdan, yüksəklərə qaldıran insanlar layiqdir”.
F.Kərimova həmçinin həmkarı İlhamə Quliyevaya çağırış edib: “Əgər o xalqını, vətənini təbliğ etdiyi qədər sevirsə, özü bu addımdan imtina etməlidir. Niyə imtina etməli olduğunu özü və bütün Azərbaycan bilir”.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov xalq artısti İlhamə Quliyevanın məşəli daşıyacağı ilə xəbərlərə aydınlıq gətirib:
“Təəcüblənirəm ki, İlhamə xanımın məşəli daşıyacağı ilə bağlı xəbər niyə bu qədər təəccüblə qəbul edilir? Xalq bu xanımı çox istəyir. O da 150-dən artıq məşəl daşıyanların sırasındadır. Bakıda İlhamə xanım ola bilsin ki, qaça bilməsə də, məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam”.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

19-12-2016, 19:47
Nənə oyuncaq sifariş verdi, qutudan odlu silah çıxdı
17-12-2018, 12:00
Hərbi hissələrdə “Açıq qapı günü” keçiriləcək
29-12-2016, 11:42
Yol polisindən sürücülərə bayram - Xəbərdarlığı
25-05-2018, 10:10
Atəşkəs bu gecədə pozuldu
3-03-2016, 13:02
8.2 bal gücündə zəlzələ - VİDEO
11-12-2022, 11:36
Ən NAZLI BÜRCLƏR - Kimlər istədiklərini bu yolla çatırlar?
15-06-2021, 19:09
38 həyat yoldaşı və 94 uşağı olan kişi vəfat etdi - FOTO
17-06-2017, 13:20
Yağışdan sonrakı Bakı... - Video
10-04-2021, 12:38
Sahil Babayevə hədə-qorxu gələnlər kimlərdi? - Əlövsət Əliyev
18-04-2016, 19:59
İŞİD Türkiyəyə raket zərbələri endirib - ölən və yaralananlar var-VIDEO