Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov "Number one" mükafatına layiq görülüb
Tarix: 01-12-2016 | Saat: 11:03
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

Aqil Acalov "Number one" mükafatına layiq görülüb

Alpaqut Federasiyasının prezidenti Aqil Acalov "Number one" mükafatına layiq görülüb. Bir çox tanınmış simaların və sənət adamlarının, ictimai xadimlərin qatıldığı və mükafatlandırıldığı təqdimat mərasimində Aqil Acalov idman sahəsindəki uğurlarına və nailiyyətlərinə görə mükafatla təltif olunub.
"Xəbəraz.az " xəbər verir ki, Mərasimdə çıxış edən Aqil Acalov "Number one" seçilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək Alpaqut Federasiyası olaraq keçdikləri inkişaf yolundan da söz açıb: "Alpaqut Turan döyüş sənətidir. Biz yarandığımız gündən qarşımıza bir məqsəd qoymuşuq ki, bu idman növünü ölkəmizdə tanıtdıraq, sevdirək. Həmçinin türkün tarixini, mədəniyyətini, soy-kökünün əzəmətini dünyaya göstərək. Dünyada bir çox xalqların döyüş mədəniyyəti əsasında yaradılmış idman növləri var. Alpaqut da biz türklərin hərb mədəniyyətidir. Türkün döyüş sənətinə olan bu diqqətə görə hər birinizə minnətdaram".
Federasiya prezidenti bundan sonra da idmanın inkişafına öz töhfələrini verəcəyini və Azərbaycan gənclərinin sağlam ruhda yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib: "Müharibə şəraitində olan dövlətin, millətin öz milli ruhuna yaxın olan döyüş mədəniyyətinin olması və bunun inkişaf etdirilməsi vacib şərtdir. Bugünkü Azərbaycan gənci, yeniyetməsi gələcəyin əsgəridir. O əsgər bilməlidir ki, onun tarixi nə olub, keçmişində nələr baş verib, milləti tarixdə hansı uğurları əldə ədib. Alpaqut da bunun üçün gözəl bir vasitədir. Çünki biz onlara tarixi həqiqətləri, hərbdə olan uğurlarımızı aşılayırıq. Bu da onların vətənpərvər ruhda yetişmələrinə stimul olur".


Xəbəri paylaş

1 0838 dəfə oxunub.

Digər xəbərlər
22-01-2017, 18:55 Pul haqqında 7 səhv fikir

bütün xəbərlər
____ Instagram ___