Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu
Tarix: 01-12-2016 | Saat: 00:08
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər – virtual səyahət” 3D qrafik təsvirli filmin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehtiyev yeni məhsulların məzmunu və xüsusiyyətləri barədə məlumat verib. N. Mehtiyev bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində istehsal olunan "Kəlbəcər-virtual səyahət" 3D qrafiq təsvirli film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi olan Kəlbəcərin tarixi abidələri, meydanları, qalaları, küçələri, Aşıq Şəmşir adına mədəniyyət evi, Ustad sənətkar aşıq Şəmşirin məzarı, Tarix Diyarşünaslıq müzeyi, şahmat məktəbi, müsəlman və xiristian abidələri qrafik təsviri ilə canlandırılır. Filmdə Kəlbəcərin Lök qalası Xudavənk, Gəncəsar monastrları, Kəlbəcərin qayaüstü təsvirləri, "İstisu" sanotoriyası kimi məşhur tarixi və müasir abidələri qrafika ilə təsvir olunur. Film gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına töhfə verir.

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətində vətənpərvərlik məsələsinə xüsusi diqqət yetirilir. Təqdim olunan elektron məhsullar gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən Qarabağ həqiqətləri ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. Lakin bu gün təqdim olunan yeni elektron məhsullar “Virtual Qarabağ” İKT Mərkəzinin öz dəsti-xətti ilə fərqlənən layihəsidir. V.Quliyev deyib: “XXI əsr informasiya əsridir. Biz informasiya cəmiyyətində yaşayırıq. Əgər rəqabətədavamlı

olmaq, qarşı tərəfə cavab vermək istəyiriksə, İKT-nin imkanlarından faydalanmalıyıq. Bu baxımdan İKT Mərkəzinin hazırladığı elektron məhsulların əhəmiyyəti böyükdür. 3D qrafik təsvirləri imkan verir ki, Qarabağda olan müxtəlif tarixi abidələrimizi tanıyaq, öyrənək və gələcək nəsillərə ötürək”.

Prezident Administrasiyasının sektor müdiri qeyd edib ki, torpaqlarının iyirmi faizi işğal olunmuş ölkənin gəncləri, alimləri, dövlət rəsmiləri, diplomatları bu məsələdə kənarda qalmamalıdırlar. Hər bir şəxs öz işlədiyi sahəyə uyğun olaraq mübarizə aparmalıdır. Bu gün sosial şəbəkələr imkan verir ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. Mərkəzin hazırladığı materialları həm özümüz öyrənək, həm də təbliğ edək.

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da iştirak və çıxış edib. O çıxışında layihənin rəhbərlərinə və bu sahədə zəhmət çəkən hər bir şəxsə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyi adından təşəkkür və minnətdarlığını ifadə edib. O bildirib ki, filmin məsləhətçilərindən biri olan Kəlbəcərin ağsaqqal ziyalısı, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun da olması filmin daha effektiv və tutumlu olmasına zəmin yaradıb.

H.Misirov daha sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam və inkişaf etdirilməsi özünü həm də Qarabağ probleminin həllində atılan addımlarda, həm də ölkəmizdəki 1 milyondan çox qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısında göstərir. Bu gün doğma torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımız dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Əvvəllər acınacaqlı şəraitdə məskunlaşmış qaçqın və məcburi köçkünlərimiz ölkə rəhbərinin ciddi qayğısı, dəstəyi nəticəsində mərhələ-mərhələ onlar üçün salınmış yeni yaşayış komplekslərinə, rahat mənzillərinə köçürülüblər. Ölkə rəhbəri tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayışı ilə bağlı dəfələrlə verilmiş sərəncamlar bunu əyani sübut edir. Bu gün dövlət bütün gücü ilə çalışır ki, münaqişə sülh yolu ilə həll olunsun və insanlarımız bu gün virtual şəkildə nəzər saldığımız o gözəl məkanlara real olaraq qayıtsınlar, öz doğma torpaqlarında yaşasınlar. Biz əminik ki, bu zaman çox yaxındadır və inanırıq ki, sizin hər birinizi o gözəl məkanlara real olaraq aparacağıq, biz kəlbəcərlilər sizləri o dilbər

guşələrdə qonaq saxlayacağıq. Bu arzu və diləklə sizlərin hər birinə sonsuz təşəkkür edir və layihəyə uğur arzulayıram.

Tədbirdə çıxış edənlər təqdim olunan elektron məhsulların tariximizin öyrənilməsində və gənc nəslə çatdırılmasında əhəmiyyətindən danışıb, “Virtual Qarabağ” İKT Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, filmin ideya müəllifi və rəhbəri Nurəddin Mehtiyevdir. Filmin məsləhətçiləri "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov, Bərzani Əsgərov və Səbuhi Huseynov, rejissoru Teymur Nəcəfovdur. Filmin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onların Qarabağ haqqında bilgilərini artırmaqdır



“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu


“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu


“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu



“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu

“Kəlbəcər – virtual səyahət” filmi təqdim olundu


Xəbəri paylaş

2 0908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___