Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Tarif Şurasının qərarı ilə bağlı tapşırıq verdi
Tarix: 30-11-2016 | Saat: 17:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident Tarif Şurasının qərarı ilə bağlı tapşırıq verdi


Tarif Şurasının 2 gün əvvəl qəbul etdiyi qərarla bir sıra enerji məhsulları üzrə differensiyalaşdırılmış tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin artımın əhəmiyyətli hissəsi prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək:

“Bununla əlaqədar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi, həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsində dəyişiklik edilməklə, ünvanlı sosial yardımın tətbiq edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur”, - nazir vurğulayıb.


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___