Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Özbəkistan-Ermənistan münasibətləri çox aşağı səviyyədədir”.
Tarix: 02-06-2015 | Saat: 13:48
Bölmə:M / Karusel / Siyasət / M2 / Araşdırma | çapa göndər

“Özbəkistan-Ermənistan münasibətləri çox aşağı səviyyədədir”.

Azərbaycan Özbəkistanda erməni yalanının yayılmasının qarşısını alır


Özbəkistanda müxtəlif tədbirlərdə ermənilər Azərbaycanın mədəniyyət abidələrini, musiqisini, mətbəxini mənimsəməyə çalışırlar. Səfirliyimiz belə faktların qarşısını almaq üçün bütün imkanlardan istifadə edir.

Xeberaz.az 12news.uz-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev “Kaspiy” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Özbəkistanda 40 mindən artıq erməni yaşayır. Ölkədə erməni kilsələri fəaliyyət göstərir, Respublika beynəlxalq mədəniyyət mərkəzində erməni strukturları mövcuddur. Daşkənddə erməni jurnalı dərc edilir, bu jurnalda təbii ki, Azərbaycan haqqında material təhrif edilmiş şəkildə verilir, onlar öz adətləri üzrə tarixi saxtalaşdırmağa çalışırlar.

Tədbirlərimizdə Özbəkistan ictimaiyyətini Azərbaycan haqqında, erməni işğalçıları tərəfindən işğal edilmiş ərazilərdə vəhşilikləri barədə məlumatlandırırıq. Diplomatik korpusun hər il keçirilən kulinariya festivallarında Azərbaycan mətbəxinin yemək və şirniyyatlarını təqdim edirik”, - səfir bildirib.

Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın mövqeyinə gəldikdə isə, diplomat qeyd etdi ki, ölkənin mövqeyi prinsipial və dəyişməzdir.

“Bu ölkənin rəhbərləri Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın onun ayrılmaz hissəsi olduğunu dəfələrlə bəyan ediblər. Beynəlxalq təşkilatlarda bu problem üzrə səsvermələrdə Özbəkistan dəyişməz olaraq və birmənalı şəkildə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Qeyd etmək istərdim ki, BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərin seçilməsi zamanı səsvermədə, Özbəkistan Azərbaycanın namizədliyini dəstəkləmişdi. Özbəkistanda yaşayan ermənilərin çox olmasına baxmayaraq, onların bu məsələdə ölkənin mövqeyinə təsir etmək imkanı mövcud deyil”, - Hüseyn Quliyev deyib.

Səfir qeyd edib ki, Özbəkistan və Ermənistan arasında diplomatik əlaqələr mövcuddur, amma ötən zaman ərzində iki dövlətdən heç biri diplomatik nümayəndəliyini açmayıb, ikitərəfli münasibətlər çox aşağı səviyyədədir.

“Bu ölkələr arasında birbaşa aviareysin olmamasını demək kifayətdir”, - Hüseyn Quliyev bildirib.


Xəbəri paylaş

1 1248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___