Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azadlıq Hərakatçıları” İctimai Birliyi-Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Konfrans keçirdi
Tarix: 29-11-2016 | Saat: 23:51
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

 “Azadlıq Hərakatçıları” İctimai Birliyi-Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Konfrans keçirdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Böyük Akt Zalında “Azadlıq Hərakatçıları” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında, 2013-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın həyata keçməsinə vətəndaş cəmiyyətinin dəstəyini reallaşdırmaq məqsədilə həyata keçirdiyi “Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Konfrans keçirildi. Konfransı giriş sözü ilə açan ADPU-nu filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov həyata keçirilən layihənin aktuallığı, cəmiyyət üçün əhəmiyyəti, reklam bazarında Azərbaycan Respublikasının Dövlət Dili ilə bağlı kifayət qədər narahatlıq doğuran qüsurların mövcudluğu barədə fikirlərini Konfrans iştrakçıları ilə bölüşdü. Sonra layihənin yekunları əsasında hazır-lanmış “Dilimiz reklamlarda” sənədli filmi nümayişetdirildi.
"Xəbəraz.az "xəbər verir ki, Filmin nümayişindən sonra “Reklam lövhələrində və reklam çarxlarında Azərbaycan ədəbi dili” layihəsinin yekunları ilə bağlı məruzə ilə çıxış edən layihənin rəhbəri, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri,yazıçı-publisist Təhmasib Novruzov bu gün cəmiyyəti, xüsusilə ziyalıları narahat edən bu mühüm problemlə bağlı layihənin reallaşmasına dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. T.Novruzov bildirdi ki,layihənin icrası çərçivəsində AMEA-nın Dilçilik İnstutunun dilçi-alimləri ilə birgə reallaşdırılan monitorinq zamanı həm reklam çarxlarında, həm internet portallarındakı reklam səhifələrində, həm də Bakı və Sumqayıt şəhərlərində nümayiş etdirilən reklam lövhələrində gözlənildiyiindən dəfələrlə çox ədəbi dil qüsurlarının aşkar edilməsi, bu sahədə həqiqətən ciddi problemlərin mövcudluğundan xəbər verir. Təkcə Bakı şəhərindəki reklam və ünvan lövhələrində 1786 dil qüsuru məsələ ilə bağlı həyacan təbili çalmağın zamanının yetişdiyini deməyə əsas verir. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayında AMEA-nın 90 illik yubileyindəki çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı cəmiyyətə verdiyi mesajı xatırladaraq, yerli icra orqanlarının bu sahəyə münasibətlərinin qənaətbəxş olmadığını vurğulamaqla, məsul şəxsləri ölkə başçısının nitqindəki dəyərli tövsiyələri nəzərə almağa çağırdı. T.Novruzov, həmçinin layihənin yekunları ilə bağlı arayış-kitabça hazırlandığını, bu sahəyə cavabdehlik daşıyan hər bir dövlət orqanına həmin kitabçanın nüsxəsinin göndəridiyini, qüsurların qeyd olunması ilə yanaşı həmin kitabçada problemin həlli ilə bağlı AMEA-nın Dilçilik İnstutu ilə birgə hazırladıqları təkliflərin də əks olunduğunu qeyd edərək, inandığını bildirdi ki, əlaqədar qurumlar Ana dilinin saflığının qorunması və dilimizin inkişafı sahəsində mövcud olan qüsurların aradan qaldırılmasında daha məsuliyyətli olacaqlar.



Konfransda çıxış edən AMEA-nın Dilçilik İnstutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, tanınmış diktorlar, Respublikanın Xalq Artistləri Ofelya Sənani, Eldost Bayram, Azərbaycan Respublikasının Əməkdar Artisti Əbdül Mahmudbəyli,Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, şair Oqtay Rza,QHT sədrləri , tanınmış jurnalist Azər Həsrət, Əkrəm Bəydəmirli,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsalə Süleymanova başqaları reklam bazarında yol verilən Azərbaycan ədəbi dil qüsurları ilə bağlı fikirlərini Konfrans iştrakçıları ilə bölüşərək, bu mühüm məsələyə bütün cəmiyyətin, xüsusən də ziyalıların diqqətlə yanaşmalarının vacibliyini bildirdilər.
Tədbirdə ADPU-nun filologiya fakültəsinin tələbələri Ana dilinə həsr olunmuş şerlərlə Konfransa rəngarənglik bəxş etdilər.

“Azadlıq Hərəkatçıları” İctimai
Birliyinin Mətbuat Xidməti

 “Azadlıq Hərakatçıları” İctimai Birliyi-Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Konfrans keçirdi


Xəbəri paylaş

8218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___