Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva Baronessa Nikolso ilə görüşüb
Tarix: 28-11-2016 | Saat: 19:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Mehriban Əliyeva Baronessa Nikolso ilə görüşüb


Noyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Xəbəraz.az "-ın AzərTAc-a istinadən məlumatına görə, Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu deyən Fondun prezidenti Mehriban Əliyeva bu səfərin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğunu vurğulayan M.Əliyeva qonağın siyasi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini xüsusi qeyd edib.

M. Əliyeva Baronessa Nikolsonun uşaqlara qayğı, qadınların hüquqlarının müdafiəsi, mədəniyyət və digər sahələrdə gördüyü işləri yüksək qiymətləndirib və qonağın Azərbaycanla, xüsusilə də Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlığına ümidvar olduğunu bildirdi.

Baronessa Nikolson da Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq gələcəkdə Fondla səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılması təklifini irəli sürüb.
Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirən Baronessa Nikolson Mehriban Əliyevanı Lordlar Palatasında görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət edib.


Mehriban Əliyeva Baronessa Nikolso ilə görüşüb
Mehriban Əliyeva Baronessa Nikolso ilə görüşüb


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___